İrəvanda xal qalmadı

5 Baxış

irevanda_xal_qalmadi (1)C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı mövsümü “İrəvanda xal qalmadı” tamaşası ilə açacaq

Sentyabrın 23-də C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı yeni mövsumə başlayır. Teatr kollektivi bu gün R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində, yazıçı Hidayətin “İrəvanda xal qalmadı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə qonaqları salamlayacaq.

Teatrın mətbuat xidmətindən Senet.az saytına xəbər verilib ki, Tamaşa, ötən əsrin 80-ci illərində Azərbaycanın tarixi şəhəri olan İrəvanda yaşayan həmvətənlərimizin milli zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən bəhs edir.

Səhnə əsərində əsas rolları əməkdar artistlər – Vaqif Kərimov, Esmiralda Şahbazova, aktyorlar – Əjdər Zeynalov, Könül Əbilova, Ceyhun Əliyev, Ruhiyyə Paşayeva və digərləri iştirak edirlər.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Mirzəzadə, rejissor assistenti Rövşən Cəfərovdur.

Tamaşanın başlanma saatı 19:00-da olacaq.

 

Bölmə : Teatr