İranda “Sədaqət”dərgisi çap edilib

30 Baxış

xeber1

İranda “Sədaqət” adlı Türkcə-Farsca Mədəni Fikir dərgisi nəşr edilib.

“Sədaqət”dərgisi İran Türklüyünün mərkəzi sayılan Təbrizdə nəşr olunmağa başlamış və ilk sayı 20.11.2016 tarixində “Payız dərgisi” adı ilə çap edilmişdir.

Dərginin təsisçisi və “Ümumi Payız dərgisi”-nin redaktoru,  uşaq ədəbiyyatı yazarı Nazilə Cavadbəyli, eyni zaman da o, “Mədəni Mükəmməllik Birliyi” və “Qələmdən Hədəf Nəşriyyatı” adlı mədəni mərkəzlərin qurucusudur.

ty

Nazilə Cavadbəyli

Dərginin ilk sayında olduqca zəngin məlumatlar toplanmışdır. İran Türklərindən 50-ə yaxın tərcüməçi, yazar, şair və tədqiqatçıların dəstəyilə nəşrə hazırlanan dərgi İran və dünya türklərinin mədəni, bədii, ictimai, tarixi və milli mövzularını özündə birləşdirir.

Dərgidə həmçinin Türkiyə ilə bərabər Azərbaycanın, Tatarıstanın yazar və tədqiqatçıların da yazıları yer almışdır.

Eyni zamanda “Qələmdən Hədəf Nəşriyyatı” da Türk Mədəniyyətinə töfhəsini verməkdədir.

Bölmə : Əlfəcin