İranlı kişilər qadın haqlarının qorunması üçün hərəkat yaratdılar

61 Baxış

liqİranda kişilər qadın haqlarının qorunması üçün “facebook”-da hərəkata başlayıb.

Futbolçu Nilufer Ardalan ölkədə “Lady Gol” ləqəbi ilə tanınır. O, Malaziyada keçiriləcək yarışa getmək istəsə də, ərinin razılığı olmadığı üçün bunu edə bilməyib. Bu hadisə iranlı kişilərin etirazına səbəb olub. Bununla da “facebook”-dan “Qadın–Kişi bərabərliyi” adı altında kampaniyaya start verilib. Kişilər dəstək mesajlarını ABŞ-da yaşayan jurnalist Məsih Alinejadın 1 milyon izləyicisi olan “My Stealthy Freedom” adlı səhifəsinə göndərirlər. Kampaniya çərçivəsində səhifəyə əvvəlcə kişilərin həyat yoldaşlarına xaricə səfər etməyə mane olmayacaqlarını bildirən mesajlar gəlirdi. Daha sonra kişilər qadınlara işləmək və istədikləri vaxt boşanmaq hüququnu da verdiklərini bildirməyə başladılar. Hətta bəziləri dediklərinin sadəcə sözdə olmadığını göstərmək üçün, nigah müqaviləsində dəyişiklik etdirərək, şəklini çəkib, paylaşırlar.

Qeyd edək ki, sözügedən səhifə keçən il İranda qadınların hüquqlarını qorumaq məqsədi ilə yaradılıb. Səhifədə qadınların hicabsız şəkilləri yayımlanırdı.

KÖŞƏ YAZARLARI
TOP 10