İş görәk – Üzeyir Hacıbəyli

36 Baxış

2

Mәsәl var, deyәrlәr ki, dәli dostdan ağıllı düşmәn yaxşıdır. Mәn dә deyirәm ki, şüursuz özümkülәrdәnsә şüurlu özgәlәr yaxşıdır….

***

Dava işlәrindә bir әmәl var ki, adına hücum deyirlәr. Bir dә әmәl var ki, adına әkshücum deyirlәr. Qәzet işlәrindә bir yazı qaydası var ki, ona sual deyәrlәr, bir dә bir qayda var ki, ona әks sual deyәrlәr.

Mәsәlәn, sual: “Biz haçana kimi xabi-qәflәtdә qalacayıq?”

Әks sual: “Bәs, biz haçana kimi boş-boş sözlәr danışacayıq?”

Sual: “Dәrdlәrimizin vә ehtiyaclarımızın meydana qoyulması zamanı deyilmi, әcәba?”

Әks sual: “Bәs, indi ki, zamandır, nә üçün dayanıbsan, әcәba!?”

Sual: “İkiüzlü olmaq mәgәr yaxşı şeydir?”

Әks sual: “Bәs, nә üçün ikizülü olursan, bu ki, pis şeydir.”

***

Bir yazı qaydası da bu cürәdir: Biz gәrәk çalışaq, vuruşaq, danışaq, әllәşәk, deyişәk, söyüşәk, səy edәk, himmәt edәk, hәmiyyәt edәk, qeyrәt edәk, heyrәt edәk, ibrәt edәk oturaq, duraq, vuraq, yaxaq ki, bәlkә irәli gedәk.

Amma mәnim ağlımca, biz gәrәk iş görәk, iş görәk, iş görәk! Boş-boş sözlәr danışmayaq, danışmayaq, danışmayaq!

Vәssalam, namә tamam.