İsa Həbibəyli “Ustad Şəhriyar mədəniyyət medalı” ilə təltif edilib

63 Baxış

isahebibeyli“Ustad Şəhriyar adına birinci mədəniyyət medalı” festivalı keçirilib. Festivalda çıxış edən İranın Azərbaycandakı səfiri Möhsün Pakayin görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın bir şəxsiyyət kimi milli və beynəlxalq arenada tanıtdırılması məqsədilə təkliflə çıxış edib. O, hər il M.Şəhriyarla bağlı hər dəfə İranın bir əyalətində yazıçı və şairlərin, ədəbiyyatçıların iştirakı ilə beynəlxalq konfransın, həmçinin İranın və Azərbaycanın şəhərlərində M.Şəhriyarın yad edilməsi məqsədilə toplantı və simpoziumların keçirilməsini təklif edib: “İran və Azərbaycan rəhbərliklərinin mədəni əlaqələrin genişlənməsi sahəsində olan siyasi iradəsi, həmçinin iki ölkənin xalqlarının ustad Şəhriyara olan məhəbbətini nəzərə alaraq, ardıcıl şəkildə İranın və Azərbaycanın şəhərlərində şairin yad edilməsi üçün toplantı və simpoziumların keçirilməsini təklif edirəm”.

M.Pakayin ustad Şəhriyarı müasir dövr fars və Azərbaycan ədəbiyyatında böyük şairlərdən biri kimi təqdim edib və deyib ki, məhz bu baxımdan M.Şəhriyar təkcə İranda deyil, həm də Azərbaycan Respublikası, Əfqanıstan, Tacikistan, Mərkəzi Asiya və Qafqaz ölkələrində şöhrət və sevgi qazanıb.

Beynəlxalq festivalda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli və Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin rəhbəri akademik Vasim Məmmədəliyev İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri M.Pakayin və Təbriz Universitetinin Azərbaycanşünaslıq İnstitutunun direktoru doktor Məhəmmədrza Pur Məhəmmədi tərəfindən “Ustad Şəhriyar mədəniyyət medalı” ilə təltif edilib.

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10