İsa İsmayılzadə yaradıcılığı Türkiyənin ədəbiyyat portalında

0 Baxış

hg

Türkiyənin populyar Erikagacioyku.com (“Alça ağacı”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi İsa İsmayılzadənin türk dilinə tərcümə edilmiş “Tanış olmaq istəyirəm”, “Gölməçələr”, “Həsrət” kimi şeirlərinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.

AZƏRTAC xəbər verir ki, 2015-ci ildən fəaliyyət göstərən portal ötən ilin iyun ayından başlayaraq Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın klassik və müasir ədəbiyyatının seçmə nümunələrini işıqlandıran “Azərbaycan ədəbiyyatı” bölməsinin yayımına başlayıb.

Bölmə : Ədəbiyyat