İsa Muğanna. Saz, Tütək səsi. Povestlər
Hədəf Nəşrləri. Bakı-2015. 280 səh.
Kitabda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İsa Muğannanın iki maraqlı əsəri — “Saz” və “Tütək səsi” təqdim edilib. Hər iki əsər Böyük Vətən Müharibəsi illərində arxa cəbhədə yaşa-nan həyatın ağırlığını, baş verən konfliktlərin dinamik inkişafını maraqlı şəkildə əks etdirir. İsfəndiyar kişi, Qılınc Qurban, Çekist Məhərrəm, Milli, Cəbrayıl kimi xarakterlər, yaradılan təzadlı situasiyalar Azərbaycan kən-dinin və insanının bütün koloritini canlı şəkildə ötürə bilir. Əsər elə real təsvirlərlə zəngindir ki, oxucu özünü o dövrün və o insanların içində hiss edəcək. Motivləri əsasında məşhur “Tütək səsi” filmi çəkilmiş əsərlərdə nəql olunan əhvalatlar çox asanlıqla yaddaşa köçür.