İsa Muğannadan 3 KİTAB

217 Baxış

muganna“Hədəf nəşrləri” xalq yazıçısı İsa Muğannanın üç kitabını nəşr edib. Bu baradə senet.az dərgisinə nəşriyyatın direktoru Müşfi XAN məlumat verib.

İsa Muğanna “Kollu Koxa”

Kitabın redaktoru f.ü.f.d. dos. Şəmil Sadiqdir.

XX əsr  Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan və öz əsərləri ilə nəsr tariximizdə əhəmiyyətli yer tutmuş İsa Muğannanın bu kitabında onun yaradıcılığının müxtəlif mərhələlərinə aid nümunələr toplanıb. Burada insanlara ayama qoşan, hər zaman həqiqəti söyləyən, ətrafını saflaşdıran və qorxudan Kollu Koxanın kaloritli obrazıyla qarşılaşacaq, Mirzə Cəlilin əziz xatirəsinə həsr etdiyi məşhur “Kollu Koxa” povestini oxuya biləcəksiniz. Bununla yanaşı, kitabda yazıçının yaradıcılığının çoxşaxəli olduğunu göstərən “Qayım qaya” kimi rəmzləşdirmə modeli, “Elan: İsa Hüseynov özünü axtardı, tapmadı” zarafatının yer aldığı “Yazıq” essesi kimi bir çox maraqlı nümunələr də dərc olunub.

Qiyməti 3 manat 50 qəpik olan kitabı “Kitabevim.az” kitab mağazasından əldə edə bilərsiniz.

 

 İsa Muğanna “Saz”

Kitabın redaktoru f.ü.f.d. dos. Şəmil Sadiqdir.

Kitabda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İsa Muğannanın iki maraqlı əsəri – “Saz” və “Tütək səsi” təqdim edilib. Hər iki əsər Böyük Vətən Müharibəsi illərində arxa cəbhədə yaşa-nan həyatın ağırlığını, baş verən konfliktlərin dinamik inkişafını maraqlı şəkildə əks etdirir. İsfəndiyar kişi, Qılınc Qurban, Çekist Məhərrəm, Milli, Cəbrayıl kimi xarakterlər, yaradılan təzadlı situasiyalar Azərbaycan kəndinin və insanının bütün koloritini canlı şəkildə ötürə bilir. Əsər elə real təsvirlərlə zəngindir ki, oxucu özünü o dövrün və o insanların içində hiss edəcək. Motivləri əsasında məşhur “Tütək səsi” filmi çəkilmiş əsərlərdə nəql olunan əhvalatlar çox asanlıqla yaddaşa köçür.

Qiyməti 6 manat olan bu kitabı “Kitabevim.az” kitab mağazasından əldə edə bilərsiniz.

 

 İsa Muğanna “Şəppəli”

Kitabın redaktoru f.ü.f.d. dos. Şəmil Sadiqdir.

Kitabda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İsa Muğannanın iki maraqlı əsəri – “Şəppəli” və “Quru budaq” təqdim edilib. “Şəppəli”də sovet dövrünün tipik xarakterlərindən biri – hesabdar Şəppəlinin, rüşvət üstündə işdən qovulan doxtur Məmmənin başına gələnlər nəql edilir. Molla Gülənlə Komsomol Tahir arasındakı ədavətdən başlayan konflikt isə “Quruyan budaq”ın əsas mövzusudur.

Qiyməti 3 manat 20 qəpik olan  kitabı “Kitabevim.az” kitab mağazasından əldə edə bilərsiniz.

Bölmə : Əlfəcin
KÖŞƏ YAZARLARI
TOP 10