İşdə uğur qazanmaq istəyənlər üçün stolüstü kitab – “Siz dəyərlisiniz”

171 Baxış

 brian treysi“XAN” nəşriyyatında dünyaca məşhur kanadalı yazar Brian Treysinin “Siz dəyərlisiniz” kitabı çap olunub. Müəllif fərdi inkişaf və psixoloji janrında yazdığı kitablar ilə milyonlarla satış əldə edib və uzun müddət dünya kitab bazarının “bestseller” siyahısında birinciliyini qoruyub. O, bununla yanaşı müxtəlif ölkələrdə özünüinkişaf mövzusunda yüzlərlə seminarlar keçib.

“Siz dəyərlisiniz” kitabı Kitabevim.az kitab marketinin noyabr ayı üçün açıqladığı “Ayın ən çox satılan kitabları” siyahısında 6—cı yerdədir.

Kitabda bəhs edilən hər mövzu sizə yüksək səviyyəli iş mühiti formalaşdırmağınız üçün ehtiyacınız olan məlumatları verəcək.

Qeyd edək ki, əsəri Azərbaycan dilinə Leyla İsazadə tərcümə edib.

Senet.az “Siz dəyərlisiniz” –dən “Vəziyyəti düzəltmək” məqaləsini təqdim edir.

 

 

Vəziyyəti düzəltmək

 

Adı Filipp idi. Ona zəng edib görüş təyin etdim. Görüşümüz mafiya yeməyini xatırladırdı. O, üç nəfər satış təmsilçisi ilə birlikdə gəlmişdi və nə istədiyimi soruşdu. Mən vaxt itirmədən hərəkətlərimə görə üzr istədim və bir də satış nümayəndələrinə o tərzdə davranmayacağıma söz verdim. Sonra da qayıtması üçün nə edə biləcəyimi soruşdum.

O yanındakı şəxslərlə öz aralarında biraz danışdıqdan sonra mənim nə etməli olduğumu başa saldı.

İstəkləri çox sadə idi. Onu baş idarəçinin müavini vəzifəsinə qoyacaq, bütün satış qruplarıyla yalnız onun vasitəsiylə əlaqə yaradacaqdım. Bundan əlavə, hamıya hörmətlə yanaşacaq, əgər kiminləsə problemim olardısa, bunu hamının içində deyil, təklikdə həll edəcəkdim.

Mən şərtləri qəbul etdim və səhəri gün bütün satış qrupunun işçiləri geri döndü. Onlar işləməyə tam hazır vəziyyətdə idilər.

Beləliklə, bu təcrübə əsasında öyrəndiklərimin hesabına 6 ölkədə satış şirkəti qurdum. İşə götürmək, təlim və kadr yetişdirməklə maraqlanır, idarəçilər hazırlayıb onlara da öz işlərində bacarıqlı olmağa kömək edirdim. Mən bu hadisə sayəsində heç vaxt unutmayacağım bir dərs almışdım.

 

 

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10