İsgəndəriyyə Kitabxanası – Gizli Faktlar

22 Baxış

İsgəndəriyyə kitabxanası, qədim dünya tarixinin ən önəmli bilik xəzinələrindən biri idi. Tarixin mühüm quruluşunu başa düşmək baxımından, İsgəndəriyyə kitabxanası haqqında bir neçə önəmli məlumatı Senet.az olaraq sizin üçün topladıq.

 

Kitabxana eramızdan əvvəl 290-cı illərdə Ptolomey Filadelfin dövründə yaranıb.

1e

Kitabxanaya da adı verilən İsgəndəriyyə şəhəri, eramızdan əvvəl 332-ci ildə Böyük İsgəndər tərəfindən yaradılıb.

2e

Əslində İsgəndəriyyə kitabxanası, tikliməyi planlaşdırılan muzeyin bir parçası idi. Muzeydə o dövrdə yaşayan heyvan və bitkilərdən nümunələr mövcud idi.

3e

O dövrdə kitabxanada 900 minə yaxın əl yazma olduğu deyilirdi.

4e

Əsərlər papiruslara yazılaraq rulonlar formasında qorunurdu.

5e

İsgəndəriyyə kitabxanası, Eratosfen, Arximed, Evklid, Potolomey orada olmuşdur.

6e

Kral tərəfindən dəstək göstərilən bu kitabxana, eyni zamanda dövrün nəşr evi funksiyasını daşıyırdı.

7e

Misirə gətirilən bütün kitablar öncə İsgəndəriyyə kitabxansına aparılmalı idi. Burada kitabın bir nüsxəsi çap edilərək sahiblərinə verilirdi. Kitabın əsli isə kitabxanada qalırdı.

8e

Bəzi məmurlar, mühüm kitabları İsgəndəriyyə Kitabxanasına gətirmək üçün xarici ölkələrə gedirdilər. Beləcə dövrün ən vacib kitabları bu kitabxanada toplanırdı.

9e

Kitabxananın kim tərəfindən dağıdıldığı hələ də tarixdə mübahisəlidir. Bir fikrə görə, Roma qubernatoru Theophilos, imperator Theodoiusun əmri ilə kitabxanada olan bəzi bütpərəstlik inanclarına töhfə verdiyi üçün kitabxandakı əsərləri yandırmışdı.

10e

Bir başqa fikrə görə isə kitabxana, Yuli Sezar tərəfindən mühasirəyə alınan zaman dağıntıya səbəb olmuşdu.

11e

400 ilə qədər fəaliyyət göstərdiyi təxmin edilən İsgəndəriyyə kitabxanasının yerində 2002-ci ildə yeni bir kitabxana inşa edilmişdir. Yeni kitabxana olduqca möhtəşəm və məhsuldar olsada, ancaq qədim İsgəndəriyyə kitabxanasının yerini vermir.

12e

Bölmə : Manşet, Tarix