İŞİD ən qədim dini abidələri dağıtdı

51 Baxış

OLYMPUS DIGITAL CAMERA

İŞİD Suriyanın Qaryatayn qəsəbəsini ələ keçirdikdən sonra buradakı tarixi abidələri buldozer vasitəsilə dağıtmağa başlayıb.

Senet.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD Qaryataynda 1500 illik Mar Eliyan Katolik Monastrını da dağıdıb.  Bildirək ki, bu monastr xristianların ən qədim abidələrindən hesab olunurdu. Üçüncü əsrə aid edilən Roma əsgəri Əziz Eliyan adına düzəldilən monastrda altıncı əsrə aid xristian tarixinin ən qədimi freskaları və ikonaları var idi.

Qeyd edək ki, monastr mütəxəssislər tərəfindən yeni tapıldığına görə burada yetərincə tədqiqat işləri aparılmamışdı.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10