“İşıq gələn tərəf” filmi festival qalibi olub

3 Baxış

1480281153535327481_1000x669İspaniyanın Soria şəhərində 18-ci beynəlxalq qısametrajlı filmlər festivalı keçirilib. Kinorejissorlar Xəyyam Abdullayev və Elməddin Əliyevin “İşıq gələn tərəf” filmi “Sosial mövzuda ən yaxşı qısametrajlı film” nominasiyasında birinci yerə layiq görülüb.

Senet.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, neftlə zəngin Bakıda bir ailənin həyatından bəhs edən film 2015-ci ildə çəkilib və Avropada bir sıra festivallarda nümayiş olunub. “İşıq gələn tərəf” filmi Parisdə keçirilən festivalda isə xüsusi mükafata layiq görülüb.

İspaniyada keçirilən festivalda 20 ölkədən 60 qısametrajlı film təqdim olunub. Festivalın əsas nominasiyasında ispaniyalı Xuanxo Ximenesin filmi qalib gəlib.

Bölmə : Kino