“İslam maarifçiliyi və müasir dövr” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək

6 Baxış

islammaarifciliyiAprelin 16-da saat 11:00-da AMEA-nın Əsas binasında “İslam maarifçiliyi və müasir dövr” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək. Senet.az AMEA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir AMEA Rəyasət Heyətinin 5 noyabr 2014-cü il tarixli qərarı əsasında Azərbaycan Milli Elmlər Akademiyası, Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, İran, Fransa, Almaniya, Səudiyyə Ərəbistanı, Livan, Mərakeş, İsveç, Finlandiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan nümayəndələr də iştirak edəcəklər.

İki gün davam edəcək beynəlxalq konfransın iştirakçıları “Qloballaşan dünyada islam maarifçiliyinin əhəmiyyəti”, “Multikulturalizm, dinlərarası dialoq və tolerantlıq mühitinin beynəlxalq əhəmiyyəti və Azərbaycanın bu prosesdə rolu”, “Dünya dinləri terrorizm, ekstremizm, separatizm və ksenofobiya təzahürlərinə qarşı” bölmələri üzrə Azərbaycan, rus, ingilis və ərəb dillərində məruzələrlə çıxış edəcəklər.

Bölmə : Konfrans
KÖŞƏ YAZARLARI
TOP 10