“Xatirələr” silsiləsi, 35-ci kitab
Türkcədən dilimizə uyğunlaşdıran: Nəriman Əbdülrəhmanlı
Layihə rəhbəri: Şəmil Sadiq
Ön sözün müəllifi və redaktor: Nüşabə Babayeva -Vəkilova
Korrektor: Ayxal Bahadurlu
Naşir: Müşfiq XAN
Texniki redaktor: BəxtiYar
Rəssam: Vasif Səftərov
Dizayn və qrafika: Tamerlan İsmayılzadə
Səhifə sayı: 384
Qiyməti: 10 manat
Mir İsmayıl Seyidzadə 1918-ci ildə Azərbaycan hökumətinin Avropaya təhsil almağa göndərdiyi yüz gəncdən biri idi. “Bakı rüzgarı” onun bir ömür parçasının – uşaqlığından gənclik dövrünə kimi keçdiyi ömür yolunun kitabıdır. Kitabı oxuduqca, o dövrün qaynar, dramatik tarixi hadisələrinə bürünən xatirələr göz önünə sərilir.
Bilmədiyimiz bir çox tarixi hadisədən, xüsusilə 1910-1930-cu illər arasında Azərbaycandakı istiqlal mübarizəsindən, 1917-ci il kommunist inqilabının xalqları necə bir-birinə qatdığından, necə qanlı terror yuvası yaratdığından bəhs edən bu dəyərli əsər Azərbaycanda ilk dəfə nəşr olunur.