İsraildə Anım Gününə həsr olunmuş musiqili aksiya

0 Baxış

azerb-isr

 

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə Kiryat-Yam şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş musiqili aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan və İsrailin dövlət bayraqlarının dalğalandırıldığı meydan guşəsində “Azİz”in fəal üzvü Salman Rabaev kamançada ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda həlak olmuş şəhidlərimizə ithaf olunan musiqi əsərlərini ifa edib.

Musiqiçi şəhidlərimizin fədakarlıqlarının heç bir zaman unudulmayacağını bildirib, qazilərimizə sağlamlıqlarına qovuşmağı arzulayıb.

Bölmə : Sənət xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10