İstər dərd çəkin, istərsə də siqaret çəkin, heç fərqi yoxdur

199 Baxış

elxanm

Elxan Nəcəfovun Senet.az-ın “SİQARETƏ YOX!” aksiyası üçün çağırışı

 

İstər dərd çəkin, istərsə də siqaret çəkin, heç fərqi yoxdur.

Həyatda çox şey var ki, öhdəsindən gələ bilərik, amma ya savadsızlığımızdan, ya da səbatsızlığımızdan iradə ortaya qoya bilmirik. Həm cibimizə ziyan edirik, həm də canımıza. Bu illətlərin ən bəlalısı siqaretdir. Heç nədən başlayırsan çəkməyə və vərdiş edirsən. Sonra adını qoyursan ki, bəs “problemlərim çoxdur, siqaret beynimi sakitləşdirir”. Özü boyda yalandır, bu fikir.

Bəzi insanlar isə imic olsun deyə çəkir. Siqaret əlində şəkillər çəkdirməyi xoşlayır, külqabı stolunun üstündə olmasa elə bilir, kənardan yaxşı görünmür. Bu da bir cılızlıq əlamətidir.

Hələ bir də, hər şeyə yox demək olar, amma siqaret çəkənin siqareti yoxdur və səndən istəyirsə ona yox demək olmaz kimi bir “fəlsəfi” prinsip də formalaşdırıblar. Çox gülüncdür.

İstənilən halda siqaret çəkənlərin hərəsi bir düşüncə ilə çəkməyə başlayır. Sonrakı proses isə eynidir. Asılı olur.

Heç siqaret çəkmədim, heç vaxt asılı olmadım. Heç kəsə də tövsiyə etmirəm. Çox siqaret çəkənlərin siqaretə görə necə “alçaldığını” gördüm.

Siqaretə Yox! deməklə özünüzü qoruyun, sizə yaxın olanları qoruyun, ailənizi qoruyun.

 

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10