Birinci hissəni buradan oxuya bilərsiniz
( ikinci yazı)
Bu şəhər bir ayrı aləmdir; sanki cahanın bu günkü İstanbulunda mədəniyyətləriini qurub yaradan bütün etnoslar burada bilərəkdən iz qoyub gediblər. Uzun illər dərsliklərdə oxuduğumuz 3 hissəli şəhərin izlərini burada tutmaq mümkün deyil.Hər mədəniyyət, o cümlədən vaxtilə hegemon olan xalqlar burada özünün içqalasını, şəhristanını, rabadını tikib, yaşayıb, inkişafın kulminasiya nöqtəsinə çatıb sonra da yox olub. Yeganə İstanbulun son və tam fəthindən sonrakı şəhərdə sarayları, cameləri, mədrəsələri, qəbristanlıqları və insanın tutduğu vəzifəsindən asılı olmayaraq yaşaması üçün nə lazımsa hər bir kiçik məkanın belə ağılla nəzərə alındığı Osmanlı yüzillkilərini izləmək tarixçi üçün çətinlik təşkil etmir. Ondan əvvəl Romaya, Bizansa aid olan şəhər quruluşundan bu gün bizlərə çatanlar yenə də mükəmməl şəhər memarlığının olduğunu sübut etməyə yetir. İnsanlar, xüsusilə türkdilli xalqlar tarixin son minilliklərində yaratdıqları mədəniyyətləri boş çöllüklərdə yaymamışlar.Əksinə yəqin ki, çox baha başa gələn qələbələrini dünyaya göstərməkdən ötrü tutduqları şəhərləri tam dağıtmadan yeni stildə eyni məkanda qurmağa başlamışlar.Görünür buna görə Şərqin məşhur mühəndisi memar Sinan cahanın ən gözəl camelərini elə vaxtilə Romaya, Bizansa aid olan mərkəz statuslu məkanda tikməzdi. Burada həm məşhur Roma qülləsinin qaıqları, həm Aya Sofiya kilsəsi, həm Bizansın yeraltı sarayını, həm də mükəmməl məscid binaları vardır. Bu günə qədər bura ziyarətə gələn bütün xalqlar dinlərinin fərqinə varmadan təkalahığın yer kürəsində bu cür təzahürühü görmək xoşbəxtliyinə layiq olaraq, ibadət etmədən belə insanların və təbiətin hansısa bir bizim dərk etmədiyimiz qüvvə tərəfindən yaradıldığını sadəcə seyr etməkdən və məncə anlaşılmazlıqla ətrafına göz gəzdirməkdən həzz amaq kimi adı olmayan hissər keçirər. Bu hissləri o abidələrə baxanda mən də həm qorxu, həm də fəxrlə keçirdim. Ağlıma gələn ilk fikir şükr etmək və gözüdolusu buralara baxmaq oldu. Avropanın qaranlıqlar, müharibələr, aclıqlar keçirdiyi yüzilliklərdə burada bizlər yeni məkanlar samışıq demək belə az idi həmin an. Bu insanlar nə qədər geniş ürəkli, həqiqətən hər şeyin , yaranışın bütövlükdə ayrı bir qüvvə ilə idarə edildiyini tam qavrayıb heç nəyi söküb dağıtmamış və daha da gözəllərini tikib yaratmışlar. Mədəniyyətə bu cür yanaşma duyğusu bu şəhərdə hələ də yaşayır. Elə bu meydanda “gənc türklər” dönəminə aid olan kiçik bir binada girişi həmişə açıq olan bir sərgi salonu var. İçəridə 19-20 əsrin əvvllərində İstanbul şəhərinin rəsməri ayrı ayrı millətlərin nümayəndləri tərəfindən çəkilmiş və böyük hörmətlə nümayiş edilir. Yaxınlıqda həmin dövrə aid olan evlərin bəzilərinin üz quruluşuna toxunulmadan yenidən düzəldilən kiçik otellər var. Belə bir şəhərdə nə qədər məscidlər və başı göylərə dəyən minarələr olarmış.Hələ ramazanda. Bu ayrı bir ölçülri olmayan səhnənin elementləridir. Axşamın şəri qarışanda böğazda gəmidən baxan insan kimliyindən asılı olmayaraq islamın həqiqətən son və ən mükəmməl din olduğunu deyil, insan yaşamının bu qədər gözəllilərlə dolu ola biləcəyini öz gözləri ilə görə bilər.Avropalıların Porte adandırdığı tərəfdən, yəni Avropa tərəfindən Asiyaya, ya da əksinə baxanda minarələrin və gümbəzlərin sayı bitmir. Kimsə bəlkə saya bilər.Mən saymaqdan yorulmasam da səhv edə biəcəyimdən rəqəm məsələsində özüm özümlə ortaq məxrəcə gələ bilmədim.Axşam namazından əvvəl və sonra oxunan dualar-ilahilər bir birinin davamaı idi.Birində başlayan səslər digərində davam edirdi. Yəni qarışıqlıq yox idi .Dünyanın ən məşhur orkesrlərində belə yüzlərlə musiqi aləti köməyi ilə çalınsaydı belə bu səs belə alınmazdı. İnsanın heç bir köməkçi musiqi aləti istifadə etmədən öz nəfəsi iə bu musiqini yaratması möcüzədən başqa nə ola bilərdi ki… Şükr etməyib neyləmək olar belə bir tablo qarşısında.
Bu şəhər dünyanın Asiya qitəsində yerləşən bir çox şəhərlər kimi dənizsahilindən üzü yuxarıya qalxan təpəliklərdə yerləşir. Bu günə şəhərin hündür yerlərindən baxdıqda 7-ya da 8 təpə görmək olar. Buna görə də şəhərin həm dəniz sularından həm də təbətin digər şıltaqlıqlarından bir az kənarda tikildiyini görmək üçün İstanbul maraqlı bir şəhərsalma üslubuna malikdir. Bura sanki saysız hesabsız pillələr şəhəridir. Yalnız mərkəzi yollar düzənliklərdən keçir. Qalanı ancaq üzü yuxarı dikəlir. Köhnə qala divarlarının qalıqları buranın tam olaraq dənizdən və boğazdan qoruduğunu da görmək mümkündür. Divarların qalıqları da eynilə sahildən təpələrə döğru inşa edilmişdir. Sonralar şəhərdə tikilən yaşayış yerləri, ictimai tikililər üzü aşağı yönlənmişdir.Bununla belə sahilə yaxın yerlərdə əsasən iş yerləri, ticarət məkanlrı yerləşir. Bir də 17-18 əsrlərdə tikilmiş zəngin saray əhli üçün tikilən saraylar.Bu sarayların qapısı sanki bir başa dənizə açılır. Görünür burada ilin müəyyən aylarında yaşamaq olarmış.Yoxsa bütün qışı küləklərin fırtınaların sularla oynadığı müdhiş səslə insana rahatlıq verməz məncə. Amma kimi bilir bəlkə elə bu evlədə tam sakitik əldə ediblər insanlar. Burada Osmanlıarın Dolmabağça adlı sarayı da yerləşir.Amma Domabağçadan əvvəl Topqapı var. Fikrirlərim məcrası orda olduğum zamanlarda hansı sarayın harada və niyə tikildiyi kimi olmadığına görə bu yazıda da xronologiya bir kənarda qalır. Çünki dünya tyarixində qəbul edilmiş xronologiyanı burada yuxarıda yazdığım kimi tam izləmək mümkün deyildir. İlk sarayın niyə Topqapı adlandırılması mənə tam olaraq aydınlaşdırılmadı oranın muzey bələdçiləri tərəfindən. Arqumentlər mənə zəif göründü. Əlbəttə böyüklük edib öz fikrimi söyləmək düzgün olmaz.Hər nəisə.Daha bəsit fikrim bu oldu ki, burada sarayın cəbbəxanası olmuş, və toplar da daxildə hazırlandığı üçün bura belə adanmışdır. Sarayın həyəti bir ayrı formaya malikdir. Tən ortadakı ağacın pöhrələri yüzlərlə çətiri əvəz dir. Sarayın qəbul otağı geniş divanxana otağında dünyanın hər yerindən osmanlıların fəthləri zamanı gətirlmiş eksponatlar ağalagəməyən qədər nadir və dəyərlidir. Bu cür məqsədyönlü şəkildə dünyanın hər tərəfindən maraqlı əşyaları ölkəsinə gətirən mənim ağlımda türklərin dəli Petro, bzim 1 Pyotr kimi tanıdığımız Rusiya imperatoru olmuşdu.Onun yaratdığı Kunstkamera sonralar sələfləri tərəfindən böyüdülərək Ermitaj kimi yaradılmış və dünyanın ən böyük və zəngin muzeylərindən və elm mərkəzlərindən biridir. Topqapı bəlkə həcminə və daha çox sadə quruluşlu olduğuna görə arxa plana keçə bilər.Amma ekspozisiyada görüklərim yəqin ki, fondlardakıların az bir hssəsi idi. Mənimlə birgə saraya daxil olan insanlar əsasən dillərinə və geyimlərinə görə həmin günlərdə ruslar, ərəblər və yəhudilər idi.Ola biər ki, mən hamının millətini tam olaraq həmin vaxt ayırd edə bilməyim.Amma əvvəcədən buna fikir verdiyim üçün səhv sala bilməzdim. Səbəbini deyə bilmərəm.Amma mənə xüsusu güc verən bir neçə dəqiqəlik bu saysız hesabsız insan axının dayandırılması səsəbi oldu.Günorta namazı vaxtı növbəmiz gəldikdə hamını, bütün turistləri qapı önündə dayandırdılar.Yalnız ərəblər içəri girməyə nail oldular.Sarayın məscidində namaz keçirildi adi qadada. Elə bil ki, Osmanlı sarayına uzaq ölkələrdən çoxlu qonaq gəib, amma namaz vaxtı kafirlər içəri deyil sarayın bayır qapısındakı yaşıllıqlarda yerləşdirilib.Heyif ki, mən də onların içində qalmalı oldum. İşəri girə bilərdim, amma mənə maraqlı idi bu əcnəbilərin reaksiyası. Aralarında yavaş-yavaş gəzib başa düşdüyüm rus dilinə qulaq asdım.Kimsə etiraz etmədi.Ah nə gözəl.Belə də olarmış. İnsan həmişə harada olduğunu qəbul etməlidir.Həm də islamın gücünü bir daha hiss etdilər. Namaz vaxtı olmaz ən çox gəlir belə götürülsə də belə, muzeyin islam qaydalarını dəqiqliklə yerinə yetirmələri yəqin ki sakitliklə deyil, paxıllıqla yerli büdcənin ehtiyaclarının sonda olması fikrini aşıladı bu insanlara..İçri girib ilk öncə axtardığım yer burada yaşayan xanədan əhlinin mətbəxi oldu. İçimdki ikinci mən birinciyə gülərək “şərqlisən, harada olursan ol yemək məsələsinə baxırsan” kimi söz atırdı mənə. Neyləyim maraq döğururdu məndə burada yaşayan əhalinin sayını qalmış qazan qabla təyin edə bilərdim.Beləcə dolanıb arxa həyətdə damdan çıxan çoxlu hava çəkən yerlər gördüm.Mətbəx və anbarları divanxanadan böyük iidi. Bəli, demək həm qulluq edənlər, həm də qonaqlı olub buraların camaatı. Yoxsa bu qədər yan-yana tikilmiş otaqlar olmazdı. İçəri girməyə icazə verilmədi. Bərpaya görə bağlı idi.Amma elə belə də aydın oldu. İknci maraqlı guşələr məşhur din adamlarıın türbələri məsələsi idi. Saraylarda hökmdarların ən yaxın adamarı həmişə xalq arasında nüfuzu olan din adamları olardı.Həmin dövrlərdə əfəndi müraciət forması ilə yalnız onlara müraciət edilərdi. Sarayın arxa baxçasına yaxın kiçik bir köşkdə gördüyüm yazı bunu təsdiq etdi.Qalan tikiilər- divanxana, hərəmxana, məcsid, hamam, atların tövləsi və bağça klassik kiçik şəhərcik şəkili içqala kimi qamaqdadır. Nümayiş olunan eksponatlar içində dəyərinə ( əmtəə-antikvar kimi) görə ən bahalı üzəri iri almaz qaşlarla bəzədimiş Rusiya imperatori I Aleksandrın hədiyyələri, qiyməti heç nə ilə ölçülməyən Nadi şah Əfşarın taxtı və bəzi əlhəsəsi idi. Yenə də həmin qarışıq hiss bürüdü məni. Eksponatın altyazısında Azərbaycan hökmdarı Nadir şah deyil, iran padşahının taxtı yazılmışıdı. Yenə Əfşar sözü yazılsaydı , gələnlər də olmasa yerli əhali Nadirin öz türk tayfalarından olduğunu başa düşərdi.
Yenə Ermitaj yadıma düşdü.
Qənirə Piriquliyeva