İstanbul mənim baxışlarımla – III HİSSƏ

67 Baxış

qenireİstanbul mənim baxışlarımla – I HİSSƏ

İstanbul mənim baxışlarımla – II HİSSƏ

 

Yenə Ermitaj yadıma düşdü.

Orda nümayiş etdirilən eksponatardan bizim xalqımıza aid olan və  Rusiyanın buraları tutduğu bütün quruluşlarda daşıyıb apardıqları  nadir , çox dəyərli maddi-mədəniyyət nümunələri bu gün İran  coğrafi adına aid edilir.Fondlarda illərlə öz növbəsini gözləyən  digər nadir tapıntılar üzərində 1991-ci ildən daha gərgin işlər aparılır və nəticədə hətta tapıldığı yer bizim ərazimiz olsa da,  tamaşaçıya İrarn ustaları tərəfindn hazırlandığı, ticarət əlaqləri ilə bizdə tapıldığı barədə  alt yazılırı hazırlanır.Bu işlərə Yüzbaşyan deyilən bir adam başçılıq edir. Beləcə özləri də tam dərk etmdən 200 ildən artıq işğal altında saxladıqları Azərbaycandan mədəni surətdə imtina edir, əvəzində öz sərhədlərində olmasa da,  həmişə protektoratları olan İranla olan bütün əlaqələrini üzə çıxarırılar.Nə isə.Bu bir başqa mövzudur.

Topqapı öz ölçülərinə görə orta əsrlərin yetkin çağlarına aid mükəmməl bir tikililər külliyatıdır. Burada bir türkün və müsəlmanın bütün əsabələri iə yaşaması üçün hr şey var. Sovet tarix elmində biz bu cür tikililəri narınqala kimi təqdim olunur.. Burada isə olduğu kimi, y.ni   saray kimi təqdim edirlər.  Bir az tarixlə məşğul olan bir insan kimi deyim ki, “türkün sözü” deyimimiz burada tam olaraq özünü döğruldur. Saraydırsa saray demək lazımdır. Rusların  yenilik mənasında işlədikləri və günümüzdə aktuallığını itirmiş ideyalaraı davam etdirdikə  şübhələr davam edir. Necə k, bizim Şirvanşahlar sarayını olduğu kimi deyil, hər çür adlandırmağa hamı cəhd göstərməkdədir. Topqapıda şübhə yoxdur. Burada Osmanlılar sözün həqiqi mənasında olan gündən ölən günə kimi həyat sürüblər. Sarayın  qapısı bağlı kitabxanası çox maraqlı göründü. Elə bir guşədə yerləşdirilmşdi ki,  orada  hətta daxili həyətdə belə üsyan belə olsa, heç nə eşidilməzdi məncə. Digər maraqlı tikinti qərarları sırasında buranın gigiyenik məsələlərindən yan keşmək olmaz. Ora qışın qarında, payızın yağışında belə gedəndə ayaq altında nə qar, nə su görmək olar. Sarayın hamamı  əsil təmizlik mərkəzi hesab edilə bilər. Sanki bu yaxınlarda inşa edilib. Bütün  sistem işlək kimi görünür. Baxayaraq ki, ora son 300 ildə hamam kimi fəaliyyət göstərməyib. Axtardığım əsas məslələrdən biri memarlıq üslubunda ola biləcək oxşarlıqlar oldu. Diqqətimi çəkən yenə də yeni tarixə qədər bütün türkdilli müsəlman ölkələrində hakimiyyətdə kimliyindən asılı olmayaraq maddi zınginiyi çox qabartmamaq kimi mühüm bir ünsür oldu. İkinci,  bu sarayların əhalidən uzaqda inşa edilməməsi məsələsidir. Bütün Avropanı tutan osmanlı türkləri öz yaşadıqları yerlərin  çox diqqəti cəlb etməməsinə önəm vermişlər.Yaşadıqları otaqlar da eynilə 2 kiçik məkandan ibarətdir.Təkcə ibadət yerləri olan məscidlər, ali divanın məşvərət və qonaqlar üçün nəzərdə tutulan  hissələri çox genişdir. Bununa da yenə də  əsas fikrin dövlətin müdafiəsinə, gələn əcnəbilərə yalnız göstərilə biəcək yerlərin nümayişi,  toplu  şəkildə məsləhətlər, qanunlar qəbul edilməsində  rahat yerləşməyə yönəlmiş kimi görünürr. Səs çox vacib elementdir  və fikrimin saraylarda əsasən səsin yayılmaması məsələsi üçün, yəni akustik problemlərin yaşanmaması üçün maraqlı  qərarlarına yönəltmək istəyirəm. Topqapıda  bunu görmək çox çətindir.O qədər mükəmməl bir mühəndis qaydaları var ki burada. Amma yenə də olsun. Divanın məşvərət zalında künclərdəki kçik dəliklr diqqətdən yayına bilməz -sözsüz ki, onları axtaranların özündən. Bu səs tezliklərinin ancaq əvvəlcədən yayımlanmasına hesablanan bir qurğudur. Məcsidlərdə bu qurğuları kiçik şəbəkəli aynalar əvəz edir. Burada görmədiyim və bunun üçün şərəf duyduğum məkan zindanın, həbsxananaın olmaması idi.  Bizim tarix elmində əsasən əcnəbilərin, sonra da elə özümüzünkülərin “ kəşf etdiyi” qyuylar saraların həytində guya ki,  insanların cəzalandırılması üçün inşa edilmişdir. Niyə dünyanın və xalqların tanıdığı hökmdarlar kimisə elə öz saraylarının həyətində quyuda saxlasınlar ki, oradan gələ biləcək ah- nalə, kin- küdurət gecə, gündüz oradakıları narahat etsin.Axı bu saraylarda qonaqlardan başqa, həm də  şahzadəlr yetişirdi. Burada hərəmxanalar var idi. Nə dərəcədə düzgün olardı ki, qadınlar, uşaqlar bu insanların əzablarına sakitciliklə baxsınlar. Absurd bir müahizədir. Bizdə bu  kommunikasiya üçün tikilən quyulardır. Başqa cür bunu gələnlərə başa salmaq ümumiyyətlə düzgün deyil.Şərq despotizmin beşiyi heç vaxt olmayıb, hələ islam ölkələrində bu məsələlər kinolardakı kimi baş verə bilməzdi. Ən azından ona görə ki, hər bir hökmdarın yanında bir din adamı olurdu vəzirdən , vəkildən, sədr əzəmdən əvvəl.O insanlar zülmün heç bir şəklini qəbul etməmişlər.Əgər kimsə cəzalandırılmaı olsa belə,  bu proses sarayda ola bilməzdi.Topqapı dediklərimizn bariz bir nümunəsidir.Hər tərəfdə indiyə qədər bir aydınlıq, bir inam, ayrı bir gözəllik, sadəlik və lakoniklik memarların və sözsüz ki, hökmdarların tərəfindən bəyənilən bir aura yaratmışdır burada.Nə qədər turist saraya daxil olsa belə,  içəridə haray-həşir olmur.Buna kimsənin nəzarət etməsinə ehtiyac belə yoxdur. Buranın  o sakitlik dolu ruhu gələnlərin bir daha yadna salır ki, bu sarayın sahibəri belə indi torpaqdadırlar, sizin səsinizin nə manası var. Hansı dindən , hansı millətdən olmağından asılı olmayaraq yəqin ki, hər kəs bunu sakitcə başa düşür və yalnız seyr edir buraları.Artıq kim , nə nəticə çıxarır onu deyə bilmərəm.Mənim üçün tam inandığım sufilərin bütün təriqətləriniə aid olan fikir- burada məskulaşmağa çalışmayın, taxt tac da qurmaq müvəqqətidir,günün birində onsuz da getməliyik- ideyasına bir daha fəxrlə  baxdım. Nədənsə həyətdən çıxanda yadıma elə sufi fəlsəfəsinin aşıq ədəbiyyatında bir möcüzəsi olan Aşıq Alının ( mən onlara aşiq deyirəm.Eşqlərinin tək ünvanı Uca rəbbimiz olduğuna görə)  –“baxmaqdan savayı gözə nə qaldı” misrası düşdü. Gözə elədir baxmaq qalır uca aşiq. Amma mənim kimi qulların bu Allah eşqinin qarşısında hər addımda boyun əyməyi və bir daha heç olduğunu dərk  etməyi də varmış.

Bu şəhərin maraqlı məkanlarından şəhəri içində aydın görünən və hörmətlə saxlanılan məzarlıqları, yaxud qəbiristanlıqarı qeyd etməmək olmaz.Hələ Topqapıdan sonra bu mütləqdir…

Bölmə : Manşet, Tarix
KÖŞƏ YAZARLARI
TOP 10