İstanbul mənim baxışlarımla – IV HİSSƏ

33 Baxış

qenireİstanbul mənim baxışlarımla – I HİSSƏ

İstanbul mənim baxışlarımla – II HİSSƏ

İstanbul mənim baxışlarımla – III HİSSƏ

Biz türklər başqaları üçün qəribə  millət olaraq dünyada hələ  sirri açılmayan bir möcüzə kimi qalmışıq. Bunun onlarca səbəbi var. Hamısını saymadan elə əzizlərimizin məzarlarına və ümumiyyətlə, bütün insanlara dinindən, dilindən, milliyətindən asılı olmadan,   gor evinə olan münasibətimizə diqqətinizi yönəltmək istəyirəm.

Klassik türk dövləti mərkəzi olan İstanbulda məzarlıqlar diri insanların yaşadıqları məhəllələrə yaxın yerlərdədir. Şəhərin tarixi məkanlarında belə- Kadıköydə, Sirkəlidə, Üsküdarda və digər məşhur məhəllələrdə onları axtarmağa ehtiyac belə yoxdur. Camlıcanın hündür təpəliyindən Üsküdara tərəf ən yaxın cığır məzarlığın yaxınlığından keçir.  Buradakı qəbiristanlıqlar gördüyüm qədər üç növə bölünür. Birinci orta əsrlərə aid olan , daha dəqiq Osmanlı imperiyası zamana aid olan məzarlıqlar. Burada olan sinə və başdaşları digər türkdilli ölkələrdə mənə rast gəlməyib. Bu daşları yalnız baş hissəsinin formasına görə ayırd etmək olar. Bu baş geyimlərinə baxdıqca doğrudan da son arta əsrlərə qədər türk xalqlarında baş örtüyü formalarının zənginliyi  mənim kimi cahil bir adamı çaşdırır. Bizlərdə baş daşlarına avtomobil yollarının kənarında hələ şəhərin mərkəzində durub uzun müddət baxmaq yaxşı xüsusiyyət sayılmır. Ən çox durub bir fatihə deyib keçmək və digər insanların diqqətini rahat uyuyan şəxslərin yer kürəsində yerləşən yeganə dörd divarına yönəltmək olmaz. Bununla belə bəzi daşdan çox səliqəli və bütün cizgiləri  böyük məharətlə yonulmuş  baş daşlarına diqqətlə baxdıqda basdırılan insanın hansı sosial  təbəqəyə aid olduğunu qismən anlamaq mümkündür. Sadə şəkilli  baş geyimləri ehtimal ki, nisbətən aşağı pillədə yerləşənlərə, ölçüsü dairədən  enli olan, cürbəcür quruluşlu,  bizim dildə” papaqları” isə yəqin ki, zadəganlar, ruhani sinfinin ali təbəqəsi qoyarmış. Papaq o qədər vacib bir element olub ki, insan öldükdən sonra onun cismi canından yalnız  bu hissə tam olaraq göstərilirmiş. Başqa geyimlər, yaxud üz cizgiləri və s. tamamilə göstərilmirdi. Beləcə məftillərlə və sadə bir qapı yeri ilə indi yaşayan insanlardan ayrılan qəbirlər özü bir sənətkarlıq məkanıdır. Burada kimlər yoxdur? Mollalar, vəzirlər, döyüşçülər,  axundlar daha kimlər və kimlər. Yəqin ki, onların sırasında şairlər, təriqət sahibləri, dövrün aparıcı qüvvələri də var. Amma mınin dünyagörüşüm və savadım tam olaraq hamısını təyin edə bilmədi. Özüm özümə söz vermişəm növbəti dəfə yolum oralara düşəndə bir savadlı insandan bunları mütləq öyrənəcəyəm. Bu qəbirlər bir-birinə çox yaxın basdırılıb və başdaşları da çox sıxdır. Bununla belə bəzən adama elə gəlir ki, hamısını bir emalatxanada bir usta hazırlayıb. Bəlkə elə doğrudan bir daşyonma məktəbinin məhsullarıdır. Bilmirəm. Bu qəbiristanlıqların digər bir xüsusiyyəti yaşıllıqlar içində yerləşmələridir. Hər kəsin qəbrinin yaxınlığında çiçəklər, ağaclar var. Allahdan qorxmayanlara icazə verilsəydi  gedib o yaşıllıqlarda dincələrdilər. Yaxşı ki, buna icazə verilmir. Hər kəs baxa bilər amma uzun- uzadı qala bilməz. Həqiqətən bu “dünya “ bir pəncərədir, hər kəs baxıb keçir.

İkinci  növ məzarlar XX əsrin əvvəllərindən salınan məzarlıqlardır. Bunlar məkan etibarilə daha çox şəhərin hündürlüklərində yerləşirlər. Oradan bütün şəhər ovuc içərisində görünür. Burada olan sadəlik, eynilik  tam müsəlmanlığa uyğundur məncə. Hamının qəbri quruluşuna görə eynidir. İnsanın basdırıldığı yer üstü örtülməyən torpaq qatıdır.4 tərəfi daşlarla görülüb və kiçik bir  baş daşa qısa məlumatlarla yerləşdirilib. Ərəb əlifbası, yaxud latın qrafikası ilə insanın ruhuna fatihə kəlamı və adı soyadı anadan olduğu və vəfat etdiyi zaman rəqəmlərlə göstərilib. Bu qədər sadə şəkildə. Heç bir elementlə insanın aid olduğu sosial təbəqə göstərilməyib. Həqiqətən hamı dünyaya eyni şəkildə Allah tərəfindən göndərilir və eyni şəkildə dünyadan köçür. Fərq yalnız bizə verilən həyatda ola bilər. İlk və son məkan eynidir-ana torpaq. İslam doğrudan da həyat tərzidir. Onun qanunlarına baş əyəndə həm fani dünyada , həm də haqq dünyaya gedəndə  heç bir fərq olmur. Buradakı yaşıllıqlar daha zəngindir. Ev güllərindən tutmuş iydə ağacına qədər rast gəlmək olur. Ən gözəli isə söyüd ağacıdır. Nə qədər də gözəl olsa, buralara çox yaraşır, xüsusilə insanın baş tərəfində basdırılanda. Sanki kölgəsi ilə insanı o dünyada da qoruyur.

Üçüncü növ qəbiristanlıqlar- digər xalqlara aid olan məzarlıqlardır. Bunlardan heç birinin içərisinə girməsəm də yanından keçəndə baxırdım. İstanbulun Asiya tərəfində ərazisinə görə ən böyük qəbiristanlıq ermənilərə aiddir. Özləri kimi qara rəngdədir hər yer. Hər tərəfdən qara dəmir hasarda, iri qapı ilə bağlı şəkildə yerləşdirilibdir. Nəinki bu dünyada, hələ o dünyada da görünür hamıdan qorxurlar. “Xain xoflu olar” deyiblər atalarımız. O qədər xaindirlər ki, hər yerdə düşmən görürlər. Həqiqəti özləri bilirlər. Torpağın qara yarası olaraq heç vaxt sağalmayacaqlarını dərk edirlər , amma heç nə ilə göstərmirlər hələ ki. Qara yaraşır elə bunlara. Sağkən də geyindikləri paltarların rəngi əsasən qaradır. Bura  artıq düzənlik yerlərdir. Yəqin elə özləri seçiblər ki, çala kimi yerdə basdırsınlar özününküləri. Dərin getsinlər inşallah. Bu qarğış deyil. Qaynananım  ermənilər barəsində olan ən gözəl arzusudur. Belə. Məskunlaşdıqları bütün yerlərdə olduğu kimi, bu şəhərdə də deyəsən daimi qalmaq istəyirlər. Ona görə  su taksisindən-iskələdən düşüb, qarşıdan bu yana keçən kimi birinci erməni kilsəsinə rast gəlirik. Qəbiristanlıq da elə o tərəflərdədir.

Fikirlərimin əvvəlində türklərin dünyanın açılmayan bir möcüzəsi olduğunu yazmışdım. Həqiqətən təkcə bu məzarlıqlar sübut edir ki, türklər ölənləri ilə bir məkanda yaşayırlar. Bunu da bir borc kimi başa düşürlər. Evlərimizdə bayram süfrəsi açmadan, xeyir iş etmədən əvvəlcə onlardan razılıq almağa gedirik. Hansı xalqlar bu adətləri  başa düşürlər? Mən bildiyim xalqlardan heç  biri. Burada susa bilməyəcəyim bir maraqlı fakt yadıma düşdü. Bir neçə il bundan qabaq  Milli arxivdə işləyərkən, orada Qobustanın rus alim və xəritəçəkənləri tərəfindən “kabristan” adlandırdıqlarını oxudum. Sonra çox araşdırdım bunun səbəbini, amma ağlıma batan bir fikir olmadı. Deyəsən elə özüm başa düşdüyüm arqument daha məntiqidir. Qobustanda ilk insan məzarlığı aşkar edilib. Qafqaz ərazisi üçün rəsmi olaraq insanların basdırıldığı Firuz düşərgəsini nəzərdə tuturam. Sözsüz ki, Qobustanı Qafqazın xəritəsinə salan ruslar orada belə bir məzarlıq haqqında məlumatları yox idi. Amma xalqın yaddaşında bura həm də qəbiristanlıq olaraq qalmışdır. Görünür ruslar yerli əhalidən oranın adını soruşanda elə olduğu kimi –çox qədim qəbiristanlığın olduğunu onlara məlumat vermişlər. Beləcə ruslar bizim ərazimizdə toponim kimi,   bizim Qobustan kimi tanıdığım məkanı  daha dəqiq – qəbristan adlandırmışlar. Bu türk xalqlarının tarixində ən qədim , mezolitə aid olan insanların basdırıldığı məkandır. Sonradan insanların basdırıldığı yerlər elə məzarlıq adlandırılması daha dəqiqdir.

Sonda “gor qonşusu” ifadəsini də bu məzarlıqlar vasitəsi ilə necə qavradığımı yazmaq istəyirəm. İnsanın qapı qonşusu olur, amma onun haqqı barədə fikirlər bütün dinlərdə ziddiyyətlidir. İnsanın “gor qonşusu” məsələsi bir az dərrakəsi olanlar tərəfindən elə bu dünyada qazanılır. “Gor qonşusu” deyəndə bir ömür boyu insanlara anlayışlı davrananlar, kimsənin haqqına toxunmayanlar nəzərdə tutulur. Hər kəsin gor qonşusu yaşadığı zaman  məlum olmur. Bu şərəfə nail olanların sayı da görünür çox azdır, xüsusilə bu minillikdə. Qazıntılarında iştirak etdiyim bir çox mədəniyətlərdə etnik mənsubiyyət məsələsinə həmişə fikir verilmişdir. Bu faktı tapıntılar sübut edir. İstanbulda da eləcə qarışıq məzarlar azdır. Görünür biz xalq olaraq bizə hələ gor qonşusu olmağa layiq ola biləcəklər yoxdur.

Yenə qayıtmaq istəyirəm şəhərin bu günkü həyatına. Oranın ətirlərinin  araşdırılmasına…

Bölmə : Tarix
KÖŞƏ YAZARLARI
TOP 10