İstanbul mənim baxışlarımla – V HİSSƏ

36 Baxış

qenireSilsilənin öncəki yazıları:

İstanbul mənim baxışlarımla – I HİSSƏ

İstanbul mənim baxışlarımla – II HİSSƏ

İstanbul mənim baxışlarımla – III HİSSƏ

İstanbul mənim baxışlarımla – IV HİSSƏ

Bu şəhəri  fərqləndirən bir xüsusiyyət oranın  yemək qoxularıdır. Mənim tərbiyəmin əsasında hər kəsin yemək məsələsinin  kənar adamlardan  bir qədər  gizli olması düşüncəsi durur. Burada sanki yerli, gəlmə, kim olursa olsun  yeməyini küçədə  qəbul etdiyini  göstərməyə çalışır. Yeməklərdən gələn  iy, cürbəcür qoxular səhər tezdən bütün şəhəri bürüməyə başlayır. Dünya mətbəxlərin bütün növlərindən,  mənşəyindən asılı olmyaraq, tərəvəzlərin  əsas yer tutduğu İstanbulda insanlar sanki yalnız yemək dalınca harasa qaçırlar bütün günü. Hər iki səmtin mərkəzi küçələrinin sıx yerlərində  bizim öyrəşmədiyimiz tramvay tipli  nəqliyyatla keçəndə belə,  elə həmin xətlərin tam yanında,  səkilərdə xeyli miqdarda masalar və onların ətrafında insanların  səhərdən axşamın zülmətinə qədər necə qidalandığını görmək ağır bir tablodur. Çünki ətrafda  üzündən-gözündən aclıq yağan o qədər insan kütləsi görmək mümkündür ki, adam diksinir burada. Təsəvvür etmək olmur ki, yemək yeməyi küşə portretinə daşımağı sevənlər ətrafadıkaları niyə görmür.Görürlərsə niyə içəri keçmirlər?  İçəridə nələr var ki, bunlar adamların üzünə baxa-baxa iştahla yemək problemlərini həll edirlər. Dəfələrlə  otellərin sıx yerləşdiyi məkanların yaxınlığından keçərkən əcnəbilərlə bərabər yerli əhainin də beləcə küçədə oturub rahatlıqla qidalandığını görmək  çox ağır gəlir mənə. İstanbula getməzdən əvvəl hamı kimi mən də internet deyilən  o qutudan məlumatlara, şəkillərə baxmışdım. İlk oteli seçəndə, yeməklərin adı və qiyməti ilə maraqlananda  gördüyüm reklamlardakı şəkillərdə belə acı səhnələrə rast gəlməmişdim.Həqiqətən reklam yalandan ibarət bir buketdir. İslamda bu cür  açıq-saçıqlıq deyilən bir məsələ yoxdur. Dünyanın islam mədəniyyətinin mərkəzi olmaq şansını hələ Çaldırandan qazanan Türkiyədə bu qədərini gözləmirdim.  Burada şəhər sanki yatmır. Bütün gecəni  açıq olan mağazalar, restoranlar, hanlar (topdan satış məkanları)  hansısa malları qəbul edir, yerləşdirir, səhərə hazırlayırlar. “Hər an kimsə burada nəsə sifariş edə bilər” anlamında  cürbəcür yeməklər yarımfabrikatlar şəklində olsa da,  hazır olur. Diqqətimi çox çəkən burada işçi qüvvəsi kimi,  xüsusilə gecə saatlarında  azyaşlı uşaqların işləməsi oldu. Sovetlərin tərbiyəsini görən bir adam kimi bir az çətin qəbul etsəm də, sonralar  hər kəsin zəhmətə alışmağının uşaqıqdan başlamasının nə qədər önəmli olduğunu yadıma saldım.Həm də kapitalizm  formasiyasında yaşamaq uğrunda mübarizənin  bu kiçik yaşlardan başladığını hələ Adam Smitin yazdığını yadıma salıb  sakitləşdirdim özümü. Özümü bu uşaqların analarının yerinə qoyanda yenidən daxili narahatlığım dünyanın nahaq olduğu ideyasına nifrətimi və qəbul etmədiyimi bir də oyatdı. Neyləmək olar bu xalqın atalar sözləri içərisində “ əkmək aslanın ağzında “ deyilən söz var. Həqiqətən türkün sözü daha doğru və kəskin olarmış .Sözləri bəzəməyə ehtiyac belə yoxdur bu dildə.

“İslamın mərkəzi” olmaqdan başqa,  bura həm də turizm mərkəzidir. Bütün dünyanın gözü son 600-800 ildə buradadır. Bu səbəbdən də yemək mədəniyytində bu cür dəyişikliklər hökm sürür. O dəli Petro həqiqətən düz deyirmiş -Kim ki, Türkiyəyə sahib çıxacaq, o dünyanın hökmdarı olacaq. Buranın sahibi elə türkələrin özüdür. Ona görə də islamaqədərki çadır mədəniyyətini  hər şəkildə saxlamaqdadırlar. Çox qədimlərdə hələ hunların və xunların zamanında bütün avropalıların və çinliərin yazdığı kimi türklər dünyada at üstündə  anadan olmağı, yeməyi, ölkələri işğal etməyi və ölməyi bacaran yeganə milltdirlər. Acdıqları zaman havadan, məkandan asılı olmayaraq,  həmişə qida tapmağı böyük ustalıqla bacaran türklər lazım gəldikdə  digərləri ilə paylaşmağı da bacarıbar. Bu prosesin  at arabalarının üstündə , çadırlarda, dəyələrdə, yaylaqlarda, çəmənlikdə baş tutmağı yalnız onların özündən asılı olub.Ehtimal ki, hələ çox qədimlərdən işığı, havanı və yeməyi sevən türklər  bu gözəl adətlərini bu cür inkişaf etdiriblər ki, müasir günümüzdə yol kənarlarında hamının gözü qarşısında rahat oturub yemək yeməyi bacarırlr. Yeməkdən gələ biləcək qoxunun  yoldan ötən insanlara təsir edə biləcəyini də görünür bu məkanlara  bir çağırış kimi qəbul edirlər.

Beləcə bu şəhərin qoxuları içində burnumdan getməyən kofe –qəhvə iyidir. Nə qədər acı iy olsa da, içəndən sonra tamını izah etmək mümkün deyil.İkinci yerdə çay növlərinin təkrarı olmayan ətridir. Günlərin birində saymağa başladım. Təxminən 20 cür çayın dadına baxdığım yadıma düşdü. Hər iki halda yenə də uşaqlıqda  özümüzün yaylaqlarında yay aylarında dincəldiyim vaxtlar hazırlanan çaylar və qadınların çaynik deyil, qəhvədan dedikləri qabı xatırladım. Allahın lənətinə gəmiş ermənilərin bizlərdən aldığı dağlarda hər kəndin öz yaylağı olardı.Orada olduğumuz yay aylarında yaxın qohumlarımız bizi qonaq etmək üçün yüz cür ot yığar çay hazırlayardılar. Burada içdiyim çaylar o dadı verməslər də,  adları eynilə qalmışdı. Üçüncü ətir növü buranın yaşıl və qırmızı rəngli meyvə tərəvəzinə aid idi. Bunlardan daha çox  onların kiraz adlandırdığı, bizim bir hərf fərqi ilə gilas dediyimiz meyvənin ətri xüsusi seçilidi.Qazağın, Ağstavanın bazarlarında səhərər bazarlar açılanda yaxın kəndlərdən vedrələdə satışa gətiriən və yerli camaatın “şampan gilası” dediyi gözəllik nümunəsinin eyni forması və ətri vardır burada.  Bir də inanılmaz dərcəsədə  yaşıl  göyərtilər. Heç Moskvanın bazarlarında bu qədər göyərtini bir yerdə  görmək olmazdı. Bu da bir satış mədəniyyətidir görünür- çoxlu-çoxlu , tər-təmiz yuyub aıcılara nümayiş etdirməklə, insanların sakitcə keçəyinin  mümükün olmamasını başa düşürlr qəqin.. Gərək nəsə alasan. Hələ bu iylər tam olaraq bu yaşıllıqların tam dadına uyğundur. Xoşuma gələn burada kəsilmiş heyvanın  mağazaarda, vitrinlərdə ağ parçaya bükülərək nümayiş edilməməsi oldu. Həqiqətən təzə kəsilmiş ətin iyi qan iyi olduğundan insanı  bəzən iyrəndirir. Burada kəsilən ət növləri  üzdə deyil.Restoranlarda belə onlar görünmürlər. Hamısnıı haradasa hazırlayıb gətirilir deyəsən.Ona görə  bu qoxu yoxdur burada. Dörd tərəfi dənizlər olan  bu şəhərdə suyun içindəki mamırlarla birgə xüsusi  qoxunu özündə daşıyan balıq ətri  ayrı bir aləmdir. Baıq bazarları eynilə  bütün günü işləyir. Buranın insanı  və məni kimi balıq qurmanları üçün bu iyi bir daha hiss etmək ayrı bir xoşbəxtlik hissidir. Bəzən heç bişmişini adam istəmir. Eləcə su ilə yuyulan balıq cərgəlrində gəzmək insanların nə qədər təkrar edilməyən tipləri varsa,  baıqların da  çoxnövlülüyünü izləmək bir daha təbitin mükəmməlliyini başa salır bizə və bizilərin bir heç olmasını xatırldır . Bütün ətirlərin şahı çörək ətridir. Mən Orta Asiyanın şəhər və kəndlərində bu qədər çörək növləri görmüşdüm. Bu şəhərdə səhər 4-5 arası çörəyin ətri adamı bihuş edir. Hələ ramazanda,  yalnız bu müqəddəs ayda bişirilən çörəklər ayrı bir sənət nümunədir. Dadlar baxımından burada çörəklərin  təkrarı heç bir yemək növündə yoxdur. Beləcə çöəryi və suyu  hamıya bəs edən bu şəhərdə həqiqətən ac- susuz qalmaq mümkün deyil. Qoxulr qarşısında heç bir kəs canlı olaraq, bu duyğusu olan insan laqeyd ola bilməz. Bu ulu təbiətin öz qoxusudur. İnsanlar sadəcə onu formaya salmaqla məşğuldurlar.

Belə.İstanbul mənim baxışlarımda, beynimin bir tərəfində,  yaddaşımda bu cür yaşayır. Şəhərin adının yaranmasının bir versiyasında buranın “isamın bol olması iə bağlı ideya vardır.. İslamı hər addımda hiss edilən bu məkan nə qədər meqapolis olsa da,  insanarının səyi nəticsində ayrı bir aləmdir. Dünya durduqca yaşasın bu şəhər.Bizlər də fəxr edək ki, bizim belə bir həmişə güvənəcəyimiz bir yer var kürreyi ərzin bir tərəfində.Özüm də amin deyib sizlərə salamat qalmağınızı arzu edirəm.

Qənirə Piriquliyeva

Bölmə : Tarix
KÖŞƏ YAZARLARI
TOP 10