“Dünyanın mərkəzi” kimi insanları cahanın hər yerindən özünə cəlb edən bu şəhərin sehrinə, çağırışlarına mən də dözməyib günün birirndə yollandım oralara. Yaşım artıq 49, bir az savadım, bir az dünya görüşüm, bir az da tarixçi kimi gəzmək həvəsi ilə getdim görüm dəyərdimi bu qədər oralar haqqında oxuduqlarıma, eşitdiklərimə. Şükür daha dərə-təpə düz getməyə, üstdən geyinib-altdan qıfıllanmağa, nə bilim daha nəyə ehtiyac yoxdur. Eləcə səhər təyyarə reysi ilə buludların arasından hər yeri göylərdən görmək eşqilə səyahətimə başladım.Yuxarıardan baxdığıma görə coğrafiyada oraların relyefi haqqında çox lakonik yazıldığını anladım. Bu qədər rəngli, dərəli-təpəli, dənizlərinin sularının rənglərinin belə öyrəşdiyim mavidən fərqləndiyini ehtimal belə etməzdim.
İnsanların artıq Türkiyənn sərhədlərindən başlayaraq dağlalarda, meşəliklərin arasında, yamaclarda kiçik kəndlərdə, yaxud yurd yerlərində yaşamaları da mənə ik baxışda qəribə gəldi. Bir anlıq yay olduğunu dərk edib, yaylaqların yerləşdikləri məkanları kəndlərdən seçməyə başladım.Təyyarədəki monitorda tez- tez istiqaməti göstərib çatacağımız vaxtı dəqiqləşdiridilər. Bir də bu istiqamətin trayektoriyasına baxdım. Nə qədər düzgün, yaxud həndəsədə keçdiyim düp-düz xətt olduğunu gördüm. Demək hava reysləri də mənim yerdəki illərlə araşdırdığım qədim ticarət yollarının eynisi imiş. Fərq çox az gəldi mənə. O da keçilməz dağların üstündə hiss olunurdu. Kiçik kənd yerlərinin və şəhərlərin üstündən keçdiyimiz zaman təxmini hesablamalarıma görə hər 20-30 evə 1 minarəli məscid düşürdü. Bir az kişik şəhərlərdə eynilə bu qədər yaşayışın arasında bir məscid var idi. Burada özümü islam ölkəsinin yaxınığında hiss etməyə başladım və sanki baxdıqlarıma artıq bir ayrı prizmadan diqqət yetirməyə başladım. Daha məscidlərin evlərə nisbətini yox, minarələrin sayını saymağa başladım. Arada fərqin birdən dördə olduğunu gördüm. Görünür vaxtiə xilafətin mərkəzi olan Türkiyədə məzhəblərə uyğun olan dini tikililər şərəflə qorunur, bərpa edilir və yeniləri tikilir. Özümün də hərtərəfli bu gözəl islam dünyasının seçilməyən bir zərrəsi olduğundan bir daha qürur duydum. 2 saat yarımdan sonra artıq İstanbulda yerə endik. Həqiqətən yerin cazibə qüvvəsi insanların yaxınlarına olan sevgisi qədər güclüymüş. Bunu bir daha bütün varlığımla hiss etdim. Burada yerə enmək üçün içimdə yaranan tələsgənliyi, səbirsizliyi sözlə ifadə edə bilmirəm. Həyatımda elə ölkələr olub ki, ora təyyardən enmək üçün hamıdan sonda tərpənmişəm. Səbəbləri çox olub. Amma bu qədər anamın sözləri ilə desəm “haray-həşirlə” ayağımı torpağa basmaq həvəsi heç olmamışdı. Getdiyim vaxt ramazan ayı olduğunu yadımdan çıxarmışdım. Elə ilk dəqiqədə eşitdiyim aeroportun işçilərinin gurultülü səsi yox, minarələrdən gələn müəzzinlərin oxuduğu mənə tanış olmayan musiqisiz, təmiz türk dilində şerlər oldu. Doğma türk torpağı deyib sevinən mən burda tamam çaşdım. Bu nə ola bilər deyə düşünməyə başladım. Diqqətlə qulaq asanda ramazan günlərində islam ölkələrində xüsusi duaların oxunduğunu yadıma saldım. Amma gördüyüm heç bir müsəlman ölkəsində ona qədər bunu eşitməmişdim. Tam olaraq başa düşməsəm də çox xoş duyğularla şəhərə daxil oldum. Şəhərin mərkəzindən, yəni mənim düşüncəmlə tarixi İstanbuldan kənarda yerləşən aeroportdan arzuladığım yerlərə gələnə qədər elə Bakıdan İstanbula gəldiyim qədər vaxt getdiyini görəndə İstanbulun möhtəşəmiyini bir daha anladım.
Məni bu şəhərdə cəlb edə biləcək tarixi abidələr və insanlar olmuşdu. İnsanları ətrafımda seyr etməyə başlayanda orta əsrlərə aid olan bir çox əlyazmalarda oxuduğum bir cümlə yadıma düşdü-orada ən azı 72 millət yaşayırmış. O qədər cürbəcür dillərdə danışan, fərqli geyimlər geyinən insanlar gördüm ki, bildiyim dilləri təyin etməkdə belə çətinlik çəkməyə başladım. Sanki bəşər övladının bütün millətləri bura gələrək öz aralarında bərkdən danışaraq şəhərə heyranlıqarını göstərməyə çalışırdılar. Burada mənim gördüyüm, kitablarda oxuduğum, öyrəndiyim bütün xalqların nümayəndələri var idi. Açıq deyim ki, buna qədər etnoqrafiyada bütün dil qruparna aid olan insanarı tanıdığımı, bidiyimi hesab edirdim. Sən demə mənim bildiklərim gördüklərimin çox az hissəsidir. Tarixi İstanbulun – Bizansın qala divarları, Roma sütunun, yunanların taxta evləri, bağlı-bağçalı mülklər, osmanlıların külliyatı, memar Sinanın yaradıcılığı Kadıköydən Eminönünə, oradan Üsküdara və digər yerlərə qədər izləmək birinci səfərimdə baş tutmadı. Miqyasın böyük olması, abidələr arasında məsafələrin çoxluğu, ən vacibi mənim daxili “aclıq hissi” ilə bu abidələri başdan başa gəzməyimlə yəqin ki, fiziki olaraq baş tutası həvəs deyildi.Yerl əhali ilə söhbət etmək bir səadət verirdi mənə. Burdan gedəndə özüm özümə söz vermişdim ki, yalnız öz dilimdə danışacağam. Elə də etdim. Hər dəfə mənə lazım olanda onlarla bildiyim doğma dilimdə danışırdım. Bəziəri bir-neçə saniyə susub qulaq asır, sonra təkrar mənim sualıma qulaq asıb cavb verirdilər, bəziləri-əsasən yaşlılar həmin an hörmətlə cavab verrirdilər. Görüşdüyüm ziyaı sinfinin adamları bir az onlarla danışanda sual verməyə başladılar ki, niyə onların dilində danışmırm. Cavabım hamısına eyni oldu, sizin əsil dilinizi yadınıza salmaq üçün öz dilimdə danışıram. Sonunda hətta bir məşhur kinorejissoru bunu qəbul etdi ki, onun anası da mənim kimi danışır.Bu adam məndən yaşlı olduğunu nəzərə alıb anasının ən azı məndən 30 yaş böyük olmasını diqqətinə çatdırdım. Adam bir az utandı və etiraf etdi ki, döğrudan da ana dillərini unutmaq üzrədirlər.
Əsas məsələ şəhər idi mənim üçün.
İkinci hissəni burdan oxuya bilərsiniz
Qənirə Piriquliyeva