Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə İstanbul şəhərində “Dostluq” beynəlxalq qısametrajlı film festivalı keçiriləcək.
Senet.az xəbər verir ki, dekabrın 14-də start götürəcək festival üç gün davam edəcək.
Təşkilat Komitəsinin məlumatına görə, festivala qatılmaq üçün 76 ölkədən 789 film təqdim olunub. Onlardan 17-si festivalda yarışmağa vəsiqə qazanıb. Birinci, ikinci və üçüncü yerləri tutan filmlərə pul mükafatı veriləcək.