İstiqlal Tədris və Yaradıcılıq Mərkəzində rəssamlıq dərslərinin təqdimatı olub.

111 Baxış

rəssamlıq 10İstiqlal Tədris və Yaradıcılıq Mərkəzində abituriyent hazırlığı ilə yanaşı yaradıcılıq dərsləri də keçirilir. Mərkəzin Əhmədli filialında uşaqlar üçün rəqs kursları fəaliyyət göstərir, 20 yanvar filialında isə bu aydan etibarən rəssamlıq dərslərinə start verilir. Ötən gün rəssamlıq kurslarının açılışı münasibətilə təqdimat mərasimi keçirilib. Mərasimdə İstiqlal Tədris və Yaradıcılıq Mərkəzi və Hədəf Hazırlıq kurslarının rəhbərliyi və kollektivi, rəssam, dizayner, həmçinin yeni kursa qatılmaq istəyən uşaqlar iştirak edib. Tədbirdə çıxış edənlər rəssamlıq və onun insan psixologiyasına təsirlərindən danışıblar. Bildirilib ki, rəssamlıq uşaqların ruh aləminin yaranmasına kömək edir, rəngkarlıq, kompozisiya qurmaq bacarıqlarını inkişaf etdirir.  Dərslər həftədə 2 dəfə şagirdlərin qrafikinə uyğun keçiriləcək. Kurslarda şagirdlərə rəssamlığın ilkin sirləri öyrədiləcək, daha sonra onların qabiliyyətlərinin inkişaf etdiriləcək. Əvvəlcə qara qələm, sonra isə sulu və yağlı boya ilə rəsm çəkmək vərdişlərinə yiyələnəcəklər. Xüsusi istedadlı uşaqlar üçün Şərq sənəti Miniatür rəssamlığı da öyrədiləcək. Elə rəssamlıq dərsləri miniatür rəssam, bu sahədə 10-a yaxın kitabın müəllifi, müxtəlif layihələrin iştirakçısı, Rəssamlar İttifaqının üzvü Pərnisə Əsgərova tərəfindən aparılacaq. Rəssamlığın insanların zövqü, rəngləri duyma qabiliyyətini formalaşdırması və daxili aləmi zənginləşdirməsini nəzərə alaraq gələcəkdə Rəssamlıq kursunda qrupların sayının artırılması, böyüklərin də kurslara cəlb edilməsi planlaşdırılır.

 

Şah Təhmasib oğlanlarını tərbiyə edərkən onlara hərb sənətini öyrədir və deyirdi: Vaxt gələr rəssamlıqla da məşğul olarsınız, çünki o insanın  zövqünü tərbiyə edir.