SENET.AZ

İsveçrədə Çarli Çaplinin muzeyi açılıb- FOTO

5 Baxış

çarli çaplin muzeyİsveçrənin Veve şəhərində görkəmli aktyor Çarli Çaplinin həyat və yaradıcılığına həsr olunmuş “Çaplinin dünyası” adlı muzey açılıb.

Muzey aktyorun ömrünün son 25 ilini yaşadığı malikanədə fəaliyyətə başlayıb. Buro 247-nin məlumatına görə, burada Çaplinə məxsus fotolar, kinomateriallar, şəxsi əşyalar nümayiş olunur. Aktyorun 127-ci ildönümü münasibətilə yaradılan muzeyin açılışında onun oğulları Yudjin, layihənin təşəbbüskarı və direktoru Maykl iştirak ediblər. Muzeyin reallaşdırılmasına 16 il və 60 milyon dollardan çox vəsait sərf olunub.

Layihənin inhisarçılarının hesablamalarına görə, muzeyə il ərzində 300 mindən çox ziyarətçinin gəlməsi gözlənilir.