İtallo Kalvino azərbaycanca – “İkiyə bölünmüş vikont”

46 Baxış

kalvino“XAN” nəşriyyatı İtaliya yazıçısı İtalo Kalvinonun “İkiyə bölünmüş vikont” adlı romanını çap etmişdir. Əsəri Əsəd Əsədzadə tərcümə etmişdir. Kitabın redaktoru Nərgiz Cabbarlıdır.

Avstriyalılarla Osmanlılar arasında savaşa qatılan Terralbalı vikont Medardonu bir Osmanlı mərmisi ikiyə bölür. Vikont öz ölkəsinə yarım insan olaraq qayıdır. Bu maraqlı əhvalat sonradan bir oyun kimi böyüyən gözəl nağıla dönür. Nağıl boyunca yarımvikontun ətrafında onun özündən pis parçalanmış olan insanlar hərəkət edirlər.

İtalo Kalvino məşhur bir xalq nağılının motivləri əsasında qələmə aldığı bu gözəl romanda özünün bitib tükənməz düşüncələrindən birinimi mövzuya çevirmək istəyib, yoxsa getdikcə dəyişən, şikəst qalan, düzəlməsi mümkünsüz görünən müasir insana düşündürücü mesajmı göndərmək istəyib – bu sualın cavabını kitabla tanış olduqdan sonra biləcəksiniz.

Qiyməti 3 manat olan  kitabı “Kitabevim.az” kitab mağazasından əldə edə bilərsiniz.

 

Bölmə : Əlfəcin
KÖŞƏ YAZARLARI
TOP 10