İtmiş adada 9500 illik abidə aşkarlanıb

52 Baxış

itmish

İtaliya və İsraildən olan arxeoloqlar Aralıq dənizində batmış bir adada 12 metr uzunluğunda tarixi abidə aşkarlayıblar.

Bu abidə 9500 il bundan əvvəl insan əlləri ilə düzəldilib. Alimlər bu abidəni Siciliya adasının 80 kilometr cənubunda dənizin dərinlik relyefini müəyyənləşdirən zaman aşkarlayıblar. İki yerə parçalanan abidənin insan tərəfindən düzəldilməsini kimyəvi analizlər də sübut edir. Alimlərin fikrincə, 9500 il bundan əvvəl buzlaqların əriməsi nəticəsində Aralıq dənizində suyun səviyyəsi yüksəlib. Bu səbəbdən quru yerlərin müəyyən hissəsi suyun altında qalıb. Abidənin tapılması burada qədim zamanlarda inkişaf etmiş xalqların yaşadığını bir daha sübut edir.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10