IV Bakı Beynəlxalq kitab Sərgi-Yarmarkasının bağlanış mərasimi keçirilib.
Tədbirdə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxış edərək üç gün davam etmiş sərgi-yarmarkanın işini yüksək qiymətləndirdiyini bildirib. O, bu cür tədbirlərin kitabsevərlər tərəfindən maraqla qarşılandığını deyib.
Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli söz alaraq son vaxtlar ölkəmizdə kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli iş görüldüyünü diqqətə çatdırıb.
Sonda sərgidə iştirak edən nəşriyyatlara diplomlar təqdim edilib. Hədəf Nəşrləri IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının “Ən fəal nəşriyyatı” , “XAN” nəşriyyatı isə “Yazıçılarımızı dünyaya tanıdaq” layihəsi ilə sərginin “Ən uğurlu layihəsi” nominasiyaları üzrə mükafata layiq görülüblər.