IV Beynəlxalq Kitab Sərgi Yarmarkasının açılış mərasimi keçirilib

71 Baxış

IMG_9817IV Beynəlxalq Kitab Sərgi Yarmarkasının açılış mərasimi keçirilib.
Senet.az xəbər verir ki, mərasimdə Xalq yazıçısı Elçin Əfəndiyev, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, Azərbaycan Yazıçılar Birliyi sədri Anar, Ombudsman Elmira Süleymanova və başqaları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Əbülfəs Qarayev kitab sərgilərinin Azərbaycanda ənənə halını aldığını bildirib: “Artıq dördüncü dəfədir ki, Beynəlxalq Kitab Sərgi Yarmarkası keçiririk. Sevinirəm ki, bizdə belə bir ənənə formalaşdı. İlk sərgidə 30 nəşriyyat qatılırdısa, hazırda nəşriyyatların sayı 120-yə çatıb”.
Daha sonra tədbir iştirakçıları sərgi salonunu gəziblər. Nazir Əbülfəs Qarayev və Elçin Əfəndiyev “Hədəf” nəşriyyatının və “XAN” nəşrlərinin stendində oldular. “Hədəf” nəşriyyatının direktoru Şəmil Sadiq nəşriyyatın çap məhsulları haqqında onlara məlumat verdi. Daha sonra müəllifi olduğu “Odərlər” və Müşfiq XANla həmmüəllif olduğu “Ümidlərin izi ilə” kitablarını Elçin Əfəndiyevə hədiyyə etdi.

Qeyd edək ki, sərgidə 100-ə yaxın yerli və 30 xarici nəşriyyat iştirak edir.

 

KÖŞƏ YAZARLARI
TOP 10