”Sağlamlığı qoruyaq sağlam vətəndaş olaq!” layihəsi uğurla icra edilmişdir

59 Baxış

“Təhsildə-inkişaf-və-innovasiyalar-üzrə-IV-Qrant-Müsabiqəsi

Azərbaycan Respublikasının təhsil nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə IV Qrant müsabiqəsinin qalibi olmuş ”Sağlamlığı qoruyaq sağlam vətəndaş olaq!” layihəsinin 15 sentyabr 2020-ci il tarixində icrasına bağlanılmışdır.

Dövlətin təməlinin möhkəm olması onun vətəndaşlarının sağlam olmasından , gənclərinin mükəmməl təhsil almasından çox aşlıdır. Ulu öndərimiz Heydər Əliyev öz çıxışlarında dəfələrlə insanların sağlamlığının dövlətimiz üçün ən vacib məsələlərdən biri olduğunu qeyd etmiş, bu məqsədlə ölkəmizin bütün şəhər və rayonlarında  iri idman və sağlamlıq mərkəzləri tikilərək gənclərin istifadəsinə verilmişdir. Ulu öndərimizin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  də Azərbaycan Respublikasının vətəndaşlarını ölkəmizin ən böyük sərvəti aldanırmış, Gənclərimizin sağlam həyat tərzi sürməsi üçün  dövlətimizin bütün imkanlarını səfərbər etmişdir.

Dövlətin  səhiyyə, təhsil və hüquq mühafizə orqanlarının apardığı profilaktik tədbirlərə baxmayaraq  hələdə bəzi   gənclər öz vətəndaşlıq məsuliyyətini dərk etmir və qeyri-sağlam həyat tərzi sürürlər. İnsanın şəxsiyyət kimi formalaşması dövrü məktəb illərinə təsadüf edir. Məktəbdə gənclər pis sosial mühitə düşdükdə onlarda bəzi xoşagəlməz vərdişlər formalaşır ki, bu vərdişlər sonradan  gənclərin  qeyri-sağlam  həyat tərzi sürməsinə, bəzi cinayətkar qruplara qoşulmasını səbəb olur. Bizim layihəmizin də əsas məqsədi layihənin həyata keçirdiyi dövrlər də şagirdlər arasında narkomaniya, tutun çəkmə və spirtli içkilərin fəsadlarını onlara başa salmaq, bu dəhşətli  bəladan gənclərimizi qorumaqdır. Layihəmizin həyata keçdiyi müddət ərzində şagirdlərdə idmana həvəs yaratmaq, zərərli vərdişlərdən uzaqlaşdırmaq düzgün  qidalanmağı və gigiyenik qaydalara riayət etməyi öyrətmək əsas məqsədimizdir. Bu məqsəd və vəzifələri həyata keçirilməsi üçün Şəki rayonu ərazisində yerləşən 3 şəhər və 2 kənd məktəbi əməkdaşlığa cəlb olunmuş və həmin məktəbin şagirdləri arasında maarifləndirici tədbirlərin həyata keçirilməsi üçün Səhiyyə işçiləri və polis orqanlarının iştirakı ilə zərərli vərdişlərin insan həyatına təhlükə yaratdığını şagirdlərə təbliğ etmək üçün kitab çapı hazırlığına bağlanılmışdır. Layihədə çalışacaq həkimlərlə  layihənin məqsəd və vəzifələri geniş müzakirə edilmiş və aşağıdakı mövzularda məqalələrin kitabda yer alması nəzərdə tutulmuşdur; 1.Məktəblilər dünyanın ən dəhşətli bəlası olan koronovirusdan qorunmaq və onun yayılmasını qarşısını almaq üçün nə etməlidir.2.Gigiyenik qaydalara əməl etməmək insan sağlamlığına hansı zərərləri vura bilər.3.Zərərli vərdişlərin narkotik tutun çəkmə alkoqolizmin insanın əlil olmasına və ölümünə səbəb olmasi.4.Oturaq həyat tərzi və onun insan sağlamlığına zərərləri düzgün qidalanmanın əhəmiyyəti .5.Sağlamliğin qorumasında fiziki aktivliyin rolu. Həmçinin Şəki Şəhər Polis Şöbəsinin mətbuat xidmətinə yazılı şəkildə müraciət olunmuş çap olunacaq kitaba “Narkomaniya və alkoqolizmin cinayətlərin baş verməsində rolu. “mövzusunda məqalə hazırlayıb təqdim etmələri xahiş olunmuşdur. Şəki Şəhər Təhsil Şöbəsinin rəhbərliyi və layihədə iştirak edən məktəblərin direktorları ilə görüşlər təşkil olunmuş və onlara layihənin məqsəd və vəzifələri hərtərəfli izah olunmuşdur. Söhbətlər əsasında şagirdlərin arasında sağlam həyat tərzinin təbliğ olunmasının əhəmiyyəti müzakirə olunmuşdur. Əməkdaşlığa cəlb olunmuş 5 ümumtəhsil məktəbinin VIII-XI sinif şagirdləri arasında onların sağlamlıq haqqında ilkin təsəvvürlərinin nə yerdə olduğunu öyrənmək üçün  ”sağlamlıq nədir”  adlı online formada esse müsabiqə təşkil olunmuşdur. Müsabiqəyə ümumilikdə 65 şagird  tərəfindən elektron poçt vasitəsi ilə esse  göndərilmişdir. Təqdim olunmuş bütün yazıların diaqnostik  qiymətləndirilməsi aparılmışdır.

“Azərbaycan Respublikasının Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant” müsabiqəsinin qalibi olmuş” Sağlamlığı qoruyaq, sağlam vətəndaş olaq!” layihəsinin rəhbəri Rasulov Kamran.

 

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10