IX Fənlərin Dostluğu Olimpiadasının birinci mərhələsi başa çatdı

10 Baxış

IMG_4632_1600x1067

Azərbaycan Respublikası Prezidentinin  Yanında Bilik Fondu, Odlar Yurdu Universiteti və  Hədəf STEM Liseyinin təşkilatçılığı ilə keçirilən IX Fənlərin Dostluğu Olimpiadasının növbəti buraxılışı keçirildi.

Bakı, Sumqayıt, Xırdalan daxil olmaqla 10-dan çox mərkəzdə keçirilən imtahanda IX-X siniflər iştirak ediblər.

İmtahan rəhbəri, Hədəf Kurslarının Sosial İşlər və Layihələr üzrə direktoru Elvin Əliyev FDO-nun builki buraxılışında iki mindən çox şagirdin iştirak etdiyini bildiri: “Bu il doqquzuncusu keçirilən Fənlərin Dostluğu Olimpiadasına şagirdlər arasında çox böyük maraq var. Builki imtahanlar 13 regionumuzda keçirildi. İmtahanlara ümumilikdə iki mindən çox şagird qatıldı.

2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən və bu il IX buraxılışı keçirilən “Fənlərin Dostluğu Olimpiadası” 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilir. Layihənin  məqsədi  fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.

İdeya müəllifi f.ü.f.d., dos. Şamil Sadiq olan “Fənlərin dostluğu Olimpiadası”nın bu ilki buraxılışı Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı Respublikamızın digər bölgələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri arasında keçirilir. Bir mərhələdə keçirilməsini nəzərdə tutulan Olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandırıblar. Olimpiadada şagirdlərin iştirakı ödənişsizdir.

Tərəfdaşlar: Medica Hospital, Hədəf Multimedia,  Altun Kitab, Hədəf Kursları MMC,  Kitabevim.az, HedefGlobal.

İnformasiya dəstəkçiləri: Ustad dərgisi, www.senet.az və azedu.az portallarıdır.