IX uşaq kitab sərgisi

17 Baxış

83843_zm5zw2h8bw

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 2 aprel – Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş IX uşaq kitab sərgisi açılıb.

Senet.az xəbər verir ki, kitabxananın direktoru Şəhla Qəmbərova 1967-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurası tərəfindən Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi günün Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd edildiyini bildirib.

Vurğulanıb ki, sərginin təşkil edilməsində məqsəd uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq, uşaqları mütaliəyə həvəsləndirməklə milli dəyərlərimizə bağlamaq və bu dəyərləri yaşatmaqdır. Həmçinin uşaqların informasiya tələbatının ödənilməsi ilə əlaqədar onları ölkəmizdə son illərdə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış etməkdən ibarətdir.

Tədbirdə balacalar sevimli şair və yazıçılarla görüşüb, uşaq yazarlarının “imza günü” keçirilib. Sərgidə bir çox nəşriyyatların məhsulları nümayiş edilib.

IX uşaq kitab sərgisində “Nağıllar aləmində”, “Sizin sevimli yazıçılarınız”, “Sirli-sehrli ilmələr”, “Azərbaycan-yurdum mənim”, “Gözlə bizi, Qarabağ” və s. müxtəlif başlıqlar altında sərgilər uşaqlara təqdim olunub. Həmçinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” olması ilə əlaqədar “İslam dünyasının uşaq ədəbiyyatı inciləri” başlığı altında islam ölkələrinin uşaq ədəbiyyatları geniş şəkildə sərgidə nümayiş olunub.

Sonda kitabxananın fəal oxucularının ifasında Azərbaycan və dünya müəlliflərinin əsərləri əsasında kompozisiya nümayiş olunu

KÖŞƏ YAZARLARI
TOP 10