“İyirmilatılar” – iki personajda tariximiz

76 Baxış

Ceyhun Mirzəli iyirmialtilar

Uzun müddətdir ki, televiziya ekranlarında göstərilməyən bir filmdən “İyirmialtılar” dan bəhs etmək istəyirəm. Bir çoxları düşünə bilər ki, bu film haqqında danışmağın-yazmağın vaxtı keçib. Lakin bu filmdə ciddi milli kodlara rast gəlmək olur. Bu yazımda onları müəyyən qədər açmağa çalışacağam.

İsa Hüseynovun ssenari müəllifi olduğu, Əjdər İbrahimovun rejissorluğu ilə ərsəyə gələn “İyirmialtılar” filmi sovet dövrünün bədii məhsulu olsa da, heç də, tamamilə sovet ideologiyasına xidmət etmir. Təbii ki, filmdə idelogiya öz sözünü deyir. Lakin burada günümüz üçün aktual olan bir neçə epizodlar mövcuddur. Filmdəki əsas obrazlardan biri təbii ki, Əzizbəyovla Şaumyandır. Bu yazımda günümüz üçün aktual olan Şahbazov (İsmayıl Osmanlı) və qoçu (Müxlis Cənizadə) personajlarına diqqət yetirmək istəyirəm. Film Aşura əzəndarlığı səhnəsi ilə başlayır. Taxıl axtarmaq niyyəti ilə Əzizbəyov həmin məkana – məscidə gəlir. Filmin ilk kadrlarından mükəmməl operator, rejissor və aktyor işi nəzərə çarpır. Digər şəxslər Əzizbəyova düşmən kimi baxması dərin zidiyyətlərdən xəbər verir.                                                                                         Azərbaycanın və Bakının tarixində və bu günündə əhəmiyyətli rol oynayan neft filmdə baş rolda çıxış edir. Şahbazov personajının cizgiləri onun birinci epizodundan aydın görünür. Həştərxana bolşeviklərə neft göndərmək istəyən fəhlələr Şahbazovun təbii müqaviməti ilə qarşılaşırlar. Mədənində işləyən müsəlman Süleyman və erməni Suren ona qarşı proletar həmrəyliyi göstərirlər. Şahbazovun ”Süleyman bəyəm biz müsəlman deyilik?” sualına Süleymanın “Müsəlmanam xozeyin amma onunla duz-çörək kəsirəm” deməsi əvvəlcə kapitalizmin sonra isə gələn sosiyalizmin insanlar arasında milli-dini fərqləri yox etdiyini aşkar göstərir.

Daha sonra Şahbazov rus fəhləsinə “Sizin bolşeviklərinizi bircə-bircə pif-paf etmək olar, amma türklərlə zarafat etmək olmaz” deməsi Şahbazovun ciddi bir şəxs olduğunu ortaya çıxarır. Sonradan onun başqa bir əhəmiyyətli keyfiyyətini ortaya çıxmasına şərait yaradır. Şahbazov personajını İsmayıl Osmanlı özünəməxsus ustalıqda yarada bilib. Personajda komik elementler üstünlük təşkil edir.

Filmdə hadisələr 1918-ci ilin yayında baş versə də, burada 31 mart soyqırımının izləri də görünür görünür. Qoçunun Süleymanı (Rza Əfqanlı) ermənilərə qarşı döyüşə çağırması tarixi hadisələrlə uyğun gəlir. Həqiqətəndə mart soyqırımı zamanı Bakı qoçuları daşnak-bolşevik qoşunlarına qarşı döyüşüblər. Qoçu filmdə mənfi obraz kimi göstərilməsi yəqin ki, o dövr üçün təsadüfi deyildi.

Erməni qəbirstanlığındakı  müsəlman atışması bu günümüz üçün aktuallıq kəsb edir. Şaumyanın “gülləni mənə atın” deməsinə cavab olaraq erməni tərəfindən “Erməni erməniyə güllə atmaz” bizim tərəfimizdən isə “Biz şura hökumətinə güllə atmırıq” cavablarının verilməsi hər iki xalqın xüsusiyyətlərini ortaya çıxarır. Burada bizim haqqımızda iki fikir yürütmək olar: 1) Bizdə milli təssübkeşlik yoxdur.  2) Biz şovinist deylik.

Şaumyanın erməni qəbirlərinin xaçın önündə xırda xalqların birliyindən danışması bu gün üçün düşündürücü epizoddur. Onu da, qeyd etmək yerinə düşər ki, bu epizodlar kifayət qədər uğurludur. Xüsusən hər iki millətin qəbirlərinin göstərilməsi münaqişəni kino dilində təqdim edə bilir.

Daha sonra ingilislərin İrandakı fəaliyyəti göstərilir. Fars dilində gedən muğamın müşayəti ilə ingilis hərbçilərinin öz imperyalist maraqlarını dilə gətirməsi tarixə yaxşı bir güzgü tuta bilir.  Sonrakı epizodlarda Bakı kommunasının istefası səhnəsi  kommunist təbliğatı ilə təqdim edilir. Şaumyanın inqilabın taleyindən pafosla bəhs etməsi bu gün ironiya kimi görünür.

Şahbazov personajının milli cizgiləri inglislərin Bakıya gəlməsi ilə özünü biruzə verir. Məsciddə axundun Şah İsmayılı və Səfəviləri öyərək xalqı cihadda çağırması fonunda Şahbazovun arxa qapıdan türk paşasını xilaskar kimi məscidin içərisinə salması bizi hansı zehniyyətin qurtardığını aydın göstərir. Həmçinin Səfəvi-Osmanlı savaşlarının çürüklüyünü əks etdirir.                       Şahbazovun məsciddə “Ay cammaat millətin bəxti açılıb, ingilislər burda çox qalmayacaq onarın qatır eşşəklərinin sayı soldatdan çoxdu. Bolşeviklərdi, Petrovdu-metrovdu çıxıb gedirlər.  Yaşasın bizim türk qardaşlarımız urra” deməsi milli kodu göstərir. Tarixə baxanda 1918–ci ilin iynun dördündə  Azərbaycan cümhuriyyəti Osmanlı dövlətiylə müqavilə bağlayıb. Artıq türklər Azərbaycan ərazisində əməliyyatlara başlamışdı. Bu epizodda Şahbazov həm M.Ə Rəsulzadənin, həm də, H.Z Tağıyevin xüsusiyyətlərini əks etdirir. Sonra qoçuya “Qoy bundan sonra yekəqarın Xaçaturov dirsəyimi yesin, Xozeynə bax xalça döşədi ingilisi çağırdı” deməsi xalqımızın milli müqavimət ruhunu ifadə edir. Bununla bizim istəyimizin nə olduğu aydınlaşır.

Bundan sonra Xaçaturovla Saçkovskinin ingilislər tərəfindən aldanması Şahbazovun həm mənəvi, həm də, siyasi qələbəsini göstərir. Son olaraq insanlarımıza bu filmi izləməyi tövsiyə edirəm.

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10