İynə gözündə sənət əsərləri  

66 Baxış

11707652_977157955637812_8092871253787874982_n

İngiltərəli Villard Viqan düyü və qənddən iynə gözü həcmində kiçik heykəlciklər hazırlayır. O bu heykəlləri mikroskop vasitəsilə düzəldir, daha sonra milçəyin tükündən istifadə edərək onları rəngləyir.

Villard Viqanın dediyinə görə bir heykəlciyi hazırlamaq yarım aya başa gəlir. Bu cür heykəlləri hazırlamaq üçün insan möhkəm sinir sisteminə və  möhkəm ələ sahib olmalıdır. Çünki adi bir yanlış hərəkət zəhmətinizi heçə çevirə bilər.

Villard qeyd edir ki, bu sənətlə məşğul olmağa 5 yaşından başlayıb : “Uşaqlıqda qarışqalar üçün ev hazırlayırdım. Düşünürdüm ki, onların da hardasa yaşamağa ehtiyacı var. Daha sonra onlar üçün ayaqqabı və papaq hazırladım. Beləcə, mənim mikro-heykəltaraş karyeram burdan başladı”.

Villard Viqanın sənət əsərlərini çoxları “dünyanın 8-ci möcüzəsi adlandırır.

 

 

 

 

Hazırladı: Səma Fuadqızı

 

 

 

 

Bölmə : Modern, Sənət
KÖŞƏ YAZARLARI
TOP 10