Jared Leto Al Paçino ilə birlikdə baş rolda oynamaq istəyir

9 Baxış

hg

Məşhur amerikalı aktyor Jared Leto Al Paçino ilə birlikdə “Gucci Evi” (House of Gucci) filminin orijinal hekayəsindən əvvəl baş verən hadisələrə diqqət yetirən bir əsərdə rol almaq istədiyini söyləyib.

Senet.az xəbər verir ki, rejissor Ridli Skottun çəkdiyi “Gucci Evi” filmindəki performansı ilə böyük rəğbət qazanan Jared Leto Al Paçino ilə işləməkdən böyük zövq aldığını bildirib. Filmin adının isə “Just The Two of Us” (“Sadəcə ikimiz”) ola biləcəyini əlavə edib.

Qeyd edək ki, Jared Leto “Gucci Evi” filmində Paolo Gucci rolunda izləyici qarşısına çıxmışdı. Al Paçino isə Paolonun atası Aldo Guccini canlandırıb.

Bölmə : Kino, Modern, Sənət