“Junior Eurovision-2021”də ölkəmizi Sona Əzizova təmsil edəcək

0 Baxış

hg

 

Bu ilin dekabr ayının 19-da Fransanın paytaxtı Parisdə keçiriləcək “Junior Eurovision-2021” mahnı müsabiqəsində Azərbaycanı Sona Əzizova təmsil edəcək. Bu barədə AZƏRTAC-a İctimai Televiziyanın (İTV) Mətbuat katibi Aynurə Asimqızı bildirib.

Güclü səsə malik olan təmsilçimiz İTV tərəfindən keçirilən “Səs Uşaqlar” mahnı müsabiqəsindən tanınır. Belə ki, sözügedən müsabiqədə S.Əzizova ikinci yerdə qərarlaşmışdı.

Şuarı “Imagine!” (Təsəvvür et!) olan mahnı müsabiqəsinin Parisdəki “La Seine Musicale” kompleksində keçirilməsi planlaşdırılır.

Azərbaycan da daxil olmaqla 14 ölkənin iştirakının qeydə alındığı mahnı müsabiqəsində Gürcüstan, Portuqaliya, Polşa, İrlandiya, Serbiya, Rusiya və digər ölkələrin təmsilçiləri səhnəyə çıxacaqlar.

Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Avroviziya” uşaq mahnı müsabiqəsində üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub.

Bölmə : Musiqi, Sənət