“Kəlilə və Dimnə” motivləri” mövzusunda dərs

0 Baxış

hgğ

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Mədəniyyət TV”nin birgə “Nizami dərsləri: Qüvvət elmdədir” layihəsi çərçivəsində “Nizami Gəncəvi yaradıcılığında “Kəlilə və Dimnə” motivləri” mövzusunda dərs keçib.

Senet.az xəbər verir ki, dərs 18 iyun 2021-ci il tarixində “Mədəniyyət TV”də yayımlanıb.

Təhminə Bədəlova həmçinin Bakı şəhəri H.Ağaverdiyev adına 113 saylı tam orta məktəbdə açılmış “Nizami Gəncəvi muzeyi”nin açılışında iştirak edib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Gültəkin Rüstəmova açaraq qonaqları salamlayıb.

Daha sonra 328 nömrəli məktəbin direktoru Asif Nəbiyev çıxış edib. Təhminə Bədəlova “Yay məktəbi” çərçivəsində şagirdlərə “Nizami Gəncəvi yaradıcılığı” adlı mühazirə oxuyub. Tədbirdə qonaqlar və şagirdlər muzey eksponatları ilə tanış olublar.

Bölmə : Ədəbiyyat