Kənan Hacının şeir gecəsi keçiriləcək

135 Baxış

kenan25Oktyabrın 10-u, saat 17:00-da Kitabevim.az kitab marketində Kənan Hacının şeir gecəsi keçiriləcək.

Tədbir Senet.az ədəbiyyat və sənət dərgisi ilə Kitabevim.az kitab marketinin ortaq layihəsi olan “Şeir gecələri” çərçivəsində baş tutacaq. Gecədə müəllifin ifasında “XAN” nəşriyyatında işıq üzü görmüş “Uzaqdasan soyuqdur” kitabından şeirlər səsləndiriləcək. Bununla yanaşı Kənan Hacının yeni çap olunmuş “Ədəbiyyatın kulisi” kitabı da oxuculara təqdim olunacaq.

Qeyd edək ki, “Şeir gecəsi” layihəsində mütəmadi olaraq müxtəlif şairlərin oxucularla görüşü təmin ediləcək.

 

 

 

 

 

 

sheirgecesi

 

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10