K.Abdullanın kitabı “Qızıl Delviq” mükafatının laureatı olub

12 Baxış

delviqRusiyada “Qızıl Delviq” ədəbiyyat mükafatının təqdimatı olub. Bu mükafat “Literaturnaya qazeta” tərəfindən onun ilk redaktoru Anton Delviqin şərəfinə “Rusiyanın illik milli mükafatı” kimi 2012-ci ildə təsis edilib. Mükafatlandırma mərasimi Puşkin muzeyində təşkil edilib. Müsabiqədə son illərdə rus dilində nəşr olunan kitablar iştirak edir. “Sözə və Vətənə sədaqətə görə” verilən mükafatın bu il qızıl, gümüş və bürünc qalibləri olmayıb. Belə qərara alınıb ki, istedad və bacarığına görə bütün qaliblər bərabərdir.

56 əsər arasından 24 iş seçilib. Onlar arasında roman, hekayə və povestlər olmayıb, hətta siyahıya məqalə və esselər, hətta tərcümələr də olub.

Builki laureatlar  filosof və publisist Viktor Trostnikov, Azərbaycan Yaradıcılıq fondunun rəhbəri Kamal Abdulla və yakutiyalı şair Natalya Harlampyevadır.

Tanınmış yazıçı, akademik Kamal Abdulla mükafata “Platon, deyəsən, xəstələnib…” hekayələr toplusuna görə layiq görülüb. 2014-cü ildə Moskvada çap olunmuş kitabda yazıçının son illərdə qələmə aldığı hekayələr toplanıb.