Kafkadan salam

3 Baxış

KAFKAAzərbaycan Dövlət “Yuğ” Teatrında yazıçı Frans Kafkanın əsərləri əsasında hazırlanmış “Kafkadan salam” adlı tamaşa nümayiş olunub.

Senet.az saytının AZƏRTAC-dan əldə etdiyi xəbərə əsasən səhnə əsəri Əməkdar İncəsənət Xadimi Vaqif İbrahimoğlunun quruluşunda təqdim edilib. Tamaşada əsas rolları aktyorlar Vidadi Həsənov, Fərhad İsrafilov, Məmmədsəfa Qasımov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Yaqut Paşazadə, Qasım Nağı və Hikmət Rəhimov ifa ediblər.

F.Kafkanın “Hökm” novellası və məktubları əsasında hazırlanmış tamaşada insan psixologiyası və mənəviyyatının ruh ilə əlaqələndirilməsindən bəhs olunur.

Bölmə : Teatr