“Kağız gəmilər” və “Ömürdən yarpaqlar” kitabı təqdim olundu

65 Baxış

12249631_10203914232494825_8340616188885233589_nKitabevim.az kitab marketində mərhum tərçüməçi Natiq Səfərovun həyat yoldaşı Zümrüd Səfərovanın “Ömürdən yarpaqlar” kitabı və qızı Günel Natiqin ” Kağız gəmilər” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə KİV nümayəndələri, müəlliflərin qələm dostları və oxucular iştirak edib.

Qeyd edək ki, “Kağız gəmilər” Günel Natiqin ilk kitabıdır. Kitabda insan psixologiyasına nüfuz edən, yalqız insanın hisslərinə toxunan esse və hekayələr yer alıb. Portret məqalələrdə müxtəlif dövrlərdə yaşamış maraqlı insanların həyat və yaradıcılığına işıq tutulur.
Kitabda eləcə də müəllifin folklorla bağlı araşdırmalarının bir hissəsi təqdim olunur.

“Ömürdən yarpaqlar” kitabının birinci hissəsində müəllifin ömür-gün yoldaşı, görkəmli tərcüməçi Natiq Səfərovla bağlı xatirələri yer alır. İkinci hissəsində ötən illərin teleradio zarafatlarından incə yumorla söhbət açılır.

 

 

 

 

 








 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10