Senet.az Wolfram kampffmeyerin kağızdan hazırladığı üçölçülü heykəlləri təqdim edir:
Alman sənətçi Wolfram Kampffmeyer kağızdan üçölçülü heykəllər hazırlayır.
Sənətçi üçölçülü heykəllər hazırlamasını belə izah edir: “Bir müddət sonra insan ekrandakı üçölçülü təsvirlərə toxunmaq istəyir”.
Bu heykəllərin yaradılma səbəbi də elə bu arzudan qaynaqlanır.
Eyni zamanda hazırladığı həndəsi formatlı üçölçülü heykəlləri satış üçün də nəzərdə tutub.
Hal-hazırda satışda olan bu heykəllər müxtəlif hissələrə bölünmüş formada təqdim edilir.
Bununla da alıcılar heykəlləri özləri qura bilirlər.
Hazırladı: Teymur Fərzi