Kamal Abdulla Mərmərə Universitetində dərs keçəcək

3 Baxış

kamal abdulla

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Mərmərə Universitetində dərs keçəcək.

ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən Senet.az-a verilən məlumata görə, Kamal Abdulla Mərmərə Universiteti Rektorluğunun Beynəlxalq Məsləhətçilər Şurasının fəxri üzvü seçilib.

Universitetin rektoru Erol Özvar bununla bağlı həmkarına məktub ünvanlayıb və onu rəhbərlik etdiyi ali təhsil ocağında dərslərə dəvət edib. Məktubda bildirilib ki, “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı universitetin təşkil etdiyi dərslər 28 aprel-28 may aralığında olacaq:

“Türk ədəbiyyatı tarixində “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı apardığınız tədqiqatlar hər iki ölkədə, o cümlədən, beynəlxalq elmi dairələrdə böyük şöhrət qazanıb. Sizi Mərmərə Universiteti Rektorluğunun Beynəlxalq Məsləhətçilər Şurasının fəxri üzvü kimi “Kitabi-Dədə Qorqud” düşüncəsinin öyrənilmə imkanları haqqında bir həftəlik ustad dərsləri verməyə dəvət edirik. Sizi Mərmərə Universitetində qarşılamağı arzu edirik. Dəvətimizi qəbul etsəniz, şəxsim və universitetimiz adına böyük qürur duyarıq”.

Bölmə : Xəbər, Ədəbiyyat