Kamilo Xose Selanın “Seçilmiş əsərləri” çapdan çıxıb

8 Baxış

15287016025266232212_1000x669 (1)

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – məşhur ispan yazıçısı, Nobel mükafatı laureatı Kamilo Xose Selanın “Seçilmiş əsərləri” çapdan çıxıb.

Mərkəzdən Senet.az-a bildirilib ki, XX əsr İspaniya ədəbiyyatının klassiki sayılan Sela müxtəlif janrlarda (şeirlər, hekayələr, romanlar) yazıb-yaratsa da, dünya ədəbiyyatı tarixinə romanlar müəllifi kimi daxil olub.

Yazıçının ilk dəfə Azərbaycan dilində nəşr olunan “Seçilmiş əsərləri”nə dünyaca məşhur “Paskual Duartenin ailəsi”, “Arı yuvası” (1951) və “İki ölü üçün mazurka” (1983) romanları daxil edilib.

Kitabı ana dilimizə Azərbaycanın tanınmış yazıçısı Saday Budaqlı çevirib.