Kamran Nəzirlidən yeni kitab

19 Baxış

107132_421aq86167

“Mütərcim” Nəşrlər Evi tanınmış yazıçı Kamran Nəzirlinin “Babalar nağıl danışmırlar” hekayələr və miniatürlər kitabını çapdan buraxıb. 

Kitaba yazıçının son illər qələmə aldığı 25 hekayəsi daxil edilib. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

“…Hekayə yazmağın yolu yazmaqdır; əlbəttə, iste­dad, dil, ovqat, ruh, müşahidə, mütaliə… olmasa, sənin yazdıqların heç nəyə dəyməz,” deyə müəllifin ön sözündə vurğulanır. “Yazıçı sevdiyi işlə məşğul olur­sa, yuxarıda sadaladığım cəhətləri özünə əmr etməli­dir. Istedad təbii vergi olsa da, onu pas atmağa qoymaq olmaz, daim zəhmətə qatlaşmalısan”…

Kamran Nəzirli Azərbaycan və Belarus Yazıçılar birliklərinin üzvüdür. Hekayələri müxtəlif ölkələrdə – ABŞ, Rusiya, Türkiyə, Koreya, Hollandiya, Belarus, Özbəkistan, Moldova, Gürcüstan, Ukrayna və s. almanax və jurnallarda dərc olunub.

Yazıçı əsasən, qısa hekayələri ilə tanınır. Hekayələri dünyanın 10-dan çox dilinə tərcümə olunub. Təqdim olunan topluda o, bu dəfə də özünəməxsus üsluba sadiq qalıb. Yazıçının lakonik, müxtəlif süjet və məzmunlu hekayələri maraqla oxunur.