Kann Beynəlxalq Kinofestivalı başlayır

5 Baxış

kaan

Bu gün Fransada 68-ci Kann Beynəlxalq Kinofestivalı öz işinə başlayacaq.

Senet.az xəbər verir ki, festival fransalı rejissor Emmaniel Berkonun “Başını dik tutaraq” filmi ilə açılacaq.

Film yeniyetmələrin cinayətlərinə həsr olunub. Festivalın finalında tamaşaçılar Lyuk Jakın “Buz və səma” filmini görəcəklər.

Bu il festivalın münsiflər heyətinə amerikalı rejissorlar Coel və İtan Koen qardaşları rəhbərlik edəcək. Jürinin üzvləri sırasına aktrisalar Sofi Marso, Sienna Miller, kanadalı rejissor Ksavye Dolan, amerikalı aktyor Ceyk Cillenxol və meksikalı rejissor Qilyerme del Toro daxildir.

Kann Beynəlxalq Kinofestivalı mayın 24-də yekunlaşacaq və həmin gün festivalın nəticələri elan olunacaq.

Müsabiqə proqramına 19 film daxildir.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10