Kann Kinofestivalında nümayiş olunacaq film məhkəmə çəkişməsində

11 Baxış

amywinehouse-4.24.201232011-ci ildə 27 yaşında evində ölü tapılan müğənni Emi Uaynhausun həyatından bəhs edən sənədli film çəkilib. Rejissorluğunu Asif Kapadiyanın etdiyi “Amy” filminin 68-ci Kann Kinofestivalında premyerası olacağı gözlənilirdi.

Ancaq Emi Uaynhausun ailəsi bu filmdən narazı qaldıqlarını bildiriblər. Müğənninin atası Mitç Uaynhaus mətbuata açıqlamasında filminin həqiqətləri əks etdirmədiyini deyib: “Filmi izlədikdən sonra özümü çox pis hiss etdim. Qızıma heç qayğı göstərmədiyimi deyiblər. Ancaq bu heç vaxt belə olmayıb”.

Ailə filmin premyerasının təxirə salınması və onun ümumiyyətlə ekranlara çıxmaması üçün məhkəməyə müraciət ediblər.

Filmin istehsalçıları isə “Amy” sənədli filmini çəkmək üçün Emi Uaynhausu şəxsən tanıyan 100 adamla söhbət etdiklərini, filmin yalnız həqiqətləri göstərdiyini qeyd ediblər.

KÖŞƏ YAZARLARI
TOP 10