Kannda Avropa Oyunları haqqında video nümayiş olunacaq

12 Baxış

68-cannes-film-festivali-filmloverss

68-ci Beynəlxalq Kann Kinofestivalında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizi bir qrup kino xadimi təmsil edəcək. Senet.az xəbər verir ki, dünyanın ən mötəbər kino tədbirində artıq beşinci dəfə Azərbaycan pavilyonu fəaliyyət göstərəcək.

Milli filmlərimizin nümayiş olunacağı pavilyonda prodüserlər, rejissorlar, aktyorlar və digər xarici kino adamları ilə görüşlər keçiriləcək, birgə layihələr müzakirə olunacaq.

Azərbaycan pavilyonunda ölkəmizin turizm imkanlarını təbliğ edən və birinci Avropa Oyunları haqqında çap və video materiallar ziyarətçilərə nümayiş etdiriləcək.

Qeyd edək ki, 68-ci Beynəlxalq Kann Kinofestivalı 13-24 may tarixləri arasında keçiriləcək.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10