“Kardeş kalemler” jurnalının may sayı

10 Baxış

1527984063300224938_1000x669

Avrasiya Yazarlar Birliyinin (AvYB) mətbu orqanı “Kardeş kalemler”in may sayı böyük qazax şairi Ğalim Jaylıbaya həsr olunub.

Senet.az xəbər verir ki, jurnalın ilk səhfələrində şairin tərcümeyi-halı və şeirləri yer alıb. Şeirləri Türkiyə türkcəsinə Nərgiz Biray və Cəmilə Lınacı tərcümə ediblər.

Jurnalda Temirhan Medetbekin “Şeir dünyasının “Şertpe Küyü”, Serik Kirabayevin “Bu günün şeiri”, Serik Aksunkarulının “Jekkazğana şeir gəlib…”, Beybit Cumahjanın “Qazax ruhunu valilər deyil, şairlər ucaldar”, Amangəldi Kenşilikulinin “Bozqırın şeirləri şair Ğalim Jaylıbayın şairliyi üzərinə” məqalələri yer alıb. Bu yazıların hamısı Ğalim Jaylıbaya həsr edilib. Bu bölmədəki bütün məqalələri Ufuk Tuzman tərcümə edib.

Kastamonuda keçirilən IX Türk Dünyası Ədəbiyyat Dərgiləri konqresi haqqında “Kardeş kalemler” jurnalı üçün reportajı AvYB-nin sədri Yaqub Öməroğlu qələmə alıb.

Nəşrddə Rahmi Alinin “Türk Dünyasında İlin Ədəbiyyat Adamı-2018” adlı məqaləsi də dərc edilib.

Jurnalın bu nömrəsində Özbəkistandan Aydın (Mənzurə Sabirova) “Ey gözəl Canan!” (tərcümə Vəli Savaş Yelok), Tatarıstandan Alsu Hasanova Bulutun “Törə” (tərcümə Levent Bulut), Türkiyədən Necdat Ekicinin “Çolpan Yıldızı” hekayələri verilib.

Həmçinin jurnalın “Xəbər” bölməsində oxucular TÜRKSOY tərəfində keçirilən qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubiley tədbirindən reportajı oxuya biləcəklər.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10