“Kardeş kalemler”in yeni sayında…

22 Baxış

108016_hdx3vhxm7y

Avrasiya Yazarlar Birliyinin (AYB) mətbu orqanı “Kardeş kalemler” dərgisinin yeni sayı böyük qazax şairi Mağcan Cumabayın anadan olmasının 125 illik yubileyinə həsr olunub.
 
Dərginin ilk yazı nümunəsi də şairin şeirləridir. Şeirləri onun “Yazılacaq dərsliklər və məktəbimiz” və Novruz” məqalələri izləyir. Məqalələri türk dilinə Məhəmməd Buğra Kalp və Ayşəgül Örsəloğlu tərcümə ediblər.

Jurnalın “Qazaxıstan” bölməsində Ulcan Cumabayevanın Mağcan Cumabayı haqqında Gözde Gökovanın çevirisində “Sonsuzluğun bir parçası” məqaləsi, Mağcan Cumabayın Əsma Çalışqanın tərcüməsində “Akbozat” hekayəsi, TÜRKSOY katibi Düsen Kaseinovun “Yüz il öncəki çətinlikləri Türk dünyası birlik və dayanışma içərisində aşmışdır”, Kemel Osponovun “Qazax xalqının böyük şəxsiyyətini anmaq bizim üçün vəzifədir” məqalələri yer alıb.

Türkiyədən AYB-nin sədri Yaqub Öməroğlu Mağcan Cumabayı “Ruhun şad olsun böyük şair”, doç.dr. Fərhad Tamir “Mağcan Cumabayoğlunun fikir dünyası”, professor Orxan Söylemez “Mağcanın “Mən kiməm” şeiri və düşündürdükləri”, Fulya Akman Acungil “Qazi Universitetində Alaşın unudulmaz şairi Mağcan Cumabayın xatirə gecəsi keçirildi” reportajı çap olunub.

“Qazaxıstan” bölməsindəki təbrikləri professor Aigul Serikkyzy İssimakova “Alaş şairi, Alaş aydını Mağcan Cumabayın elmi mirası” yazısı davam etdirir. Yazını Türkiyə türkcəsinə Gülmirə Dosova çevirib.

Həmin bölmədə doç.dr. Güljanat Kurmangalıyeva Ercilasun “Mağjan Cumabay və istintaq müddəti”, Carasbay Süleymenova “Mağcan Cumabay-Alaş aydınları arasındakı parlaq ulduz”, Malikova Savle Zrynollaqızı “Alaş liderlərindən biri olaraq Mağcan”, professor Serikkazi Korabay “Şeirin parlaq ulduzu”, professor Zarkın Tayşıbay “Mağcanın taleyi”, E.E.Tileşov “Mağcan Cumabayın yaradıcılıq təkamülü” məqalələri ilə çıxış edirlər. Z. Tayşıbayın məqaləsini Türkiyə türkcəsinə Banu Nakışbek tərcümə edib. Qazaxıstandan son yazı doç.dr. Kayırbek Kemengerin “Mağcanın Ombı şəhərində olduğu dövr və “Mən gənclərə güvənirəm şeirinin tarixi kökləri” məqaləsidir.

Mərhum yubilyarı Tatarıstandan Çulpan Çetin “Doğumunun 125-ci ildönümündə və ölümünün 80-ci ildönümündə Mağcan Cumabay”, Redif Gataş “Bizə də dəyərli Mağcan O”, Qırğızıstandan professor Abdilamit Matisakov “Türk dünyasının böyüyü olmaq nə qədər qürur verici” yazıları ilə yad edirlər.

“Xəbər” rubrikasında Mağcan Cumabayı anma ili açılışı və TÜRKSOY media mükafatlandırma mərasimindən reportaj yer alıb.