Kazanda “Türk dillərinin kompyuter emalı” konfransı keçiriləcək

15 Baxış

internOktyabrın 8-dən 10-dək Kazan şəhərində “Türk dillərinin kompyuter emalı” mövzusunda üçüncü beynəlxalq konfrans keçiriləcək.

Senet.az xəbər verir ki, konfransın işi “Türk dilləri üçün qeyri-rəsmi modellər”, “Kompyuter sistemlərinin milli lokallaşdırılması və terminologiya”, “Türk dillərinin elektron korpusları”, “Mətnlərin morfoloji və sintaksis işlənməsi sistemləri”, “Nitqin tanınması və sintezi sistemləri”, “Mətnlərin semantik işlənməsi sistemləri”, “Maşın tərcüməsi sistemləri”, “Türk dillərinin öyrənilməsi üçün intellektual sistemlər və texnologiyalar”, “Türk dillərində linqvistik ontologiyalar” istiqamətləri üzrə aparılacaq.
Konfransın proqramına plenar iclaslar, “dəyirmi masa”lar və proqram sistemlərinin nümayişi daxildir.

Bölmə : Konfrans
KÖŞƏ YAZARLARI
TOP 10